Maraqlı

Nadir Qafarzadə bu fotoya görə üzr istədi: “Sərxoş idim, bu mənim qələtimdir…”

Müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə yayılan səmimi görüntülərinə görə üzr istəyib.

“SAVAŞ” xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda danışan Nadir izləyicilıərindən üzr istəyib və həmin görüntülər çəkilən zaman sərxoş olduğunu etiraf edib:

“Mən artıq bu videonu paylaşmaq məcburiyyətində qaldım. Ola bilər ki, ad günü məclisinə qatılmışam, bir az işki qəbul etmişəm, ki, etmişdim. Lakin o cür hərəkət mənə yaraşmırdı, etməməli idim. Özümü o cür aparmaq mənə yaraşmırdı, çünki hər zaman çalışmışam ki, başqalarına nümunə olum. Oldu, amma bir də belə şeylər olmayacaq, yəqin ki, məni anlayarsınız. Utanıram, xəcalət çəkirəm. Bu da mənim səhvlərimdən biri idi. Çox üzr istəyirəm, ümid edirəm məni bağışlayarsınız. Çox utanıram. Bu mənim səhvimdir, qələtimdir”.

Qeyd edək ki, Ayan sözügedən görüntüləri sosial şəbəkə hesabından silib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button