Maraqlı

Acun Ilıcalı azərbaycanlı olduğunu açıqladı: “Əcdadlarım…”

“TV 8″in rəhbəri, aparıcı Acun Ilıcalı efirdə Azərbaycan əsilli olduğunu deyib.

“SAVAŞ” xəbər verir ki, verilişlərdən birində qonaq olan 52 yaşlı aparıcı söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib.

Onun sözlərinə görə, gənc qalmasının səbəbi də məhz budur:

“Çox gözəl yatıram. Hətta verilişdə reklam fasiləsi zamanı yata bilərəm. Gənclik iksirim yoxdur, ruhum gəncdir. Heç bir estetik əməliyyat etdirməmişəm. Bu, ailədən qaynaqlanır. Genetik şansdır. Azərbaycan köklüyük. Əcdadalarım Azərbaycandan gəlmədir. Məncə sirr bundandır. Dünyanın ən sağlam adamı deyiləm. Amma yaşıma görə pis görünmürəm”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button