Maraqlı

Məktəblər koronavirus ocağına çevriləcək? – Həkimlər bu qorxunc ssenaridən yayınmağın yollarını açıqladı

Cəmiyyətdə əyani təhsilin bərpasından sonra koronavirusa yoluxma sayında artımın olacağına dair narahatlıqlar var. Virus uşaqlarda ağırlaşma yaratmasa da, onların aktiv virus daşıyıcıları olması belə bir təhlükəni daha da aktual edir.

Maraqlıdır, əyani təhsilə keçid yoluxma sayında ciddi fərq yaradacaqmı? Uşaqların daha çox yoluxduruculuğa malik olması iddiaları doğrudurmu?

Daxili xəstəliklər uzmanı Həbib Sahratov şagirdlərin dərs müddətində maskadan istifadəsinin vacibliyini vurğulayıb:

“Uşaqlarda yoluxduruculuq qabiliyyəti daha yüksəkdir anlayışı yoxdur. Yəni uşaq ya böyük virusa yoluxursa, yoluxduruculuq hər ikisində eyni olur. Amma məktəblərin açılması sözsüz ki, xəstəliyin artmasına təsir göstərəcək. Bu baxımdan müəllimlərin və təhsil işçilərinin vaksinasiyasına ciddi əməl olunmalıdır. Bundan başqa, məktəblilər dərs müddətində mütləq şəkildə maskadan istifadə etməlidir. Maskadan davamlı istifadə problem yaratmaz “.

İnfeksionist Nicat Əzimli isə uşaqlar arasında yoluxmanın daha sürətlə yayıldığını düşünür:

“Uşaqlar arasında yoluxmalar yaşlı insanlara nisbətən daha sürətlə baş verir. Bu da risk təşkil edən məqamdır. Lakin məktəblilərin normal təhsildən kənarda qalması da uzun müddət davam edə bilməzdi. Bunun gələcək nəticələri də nəzərə alınaraq, əyani təhsilə keçidlə bağlı qərar verilib.

Tələbələr və şagirdlərə yaxın təmasdan çəkinmək, maskadan istifadə etmək və gigiyena qaydalarına riayət etmək məsləhət görülür”.

Əzizə Zeynal

Sfera.az

 

 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button