Maraqlı

Koronavirus həmişə bizimlə olacaq, amma öldürməyəcək – Peyvənd ixtiraçısından AÇIQLAMA

Hazırda 182 ölkədə koronavirusla mübarizədə istifadə olunan Oxford/AstraZeneca peyvəndini hazırlayan alim Sara Gilbert virusun gələcəyi barədə danışıb.

S.Gilbert koronavirusun daha çox yayıla biləcəyi ərazi olmadığı üçün ölümcüllüyünün azaldığını bildirib. Elm adamı COVID-19-un soyuqdəymə və tənəffüs yolu infeksiyalarına səbəb olan digər mövsümi virusları kimi qalacağını qeyd edib.

Sara Gilbert virusların geniş populyasiyada yayılmasının cəmiyyətdə immunitet yaratdığını və bunun nəticəsində virusun ölümcüllüyünün azaldığını vurğulayıb. Koronavirusla bağlı vəziyyətin bu şəkildə dəyişəcəyini deyən mütəxəssis virusun genetikasında dəyişikliyin olacağını diqqətə çatdırıb.

Əzizə Zeynal

Sfera.az

 

 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button