Maraqlı

İrana bağlı dini qruplaşmaları necə neytrallaşdırmalı? – Elşad Miridən TƏKLİFLƏR

“Bu gün nə qədər çalışsaq da İrana meyilli şəxslərin qarşısını ala bilməyəcəyik. Çünki bu qruplaşmalar çoxdan yetişdirilib və öz davamçılarını da yetişdirirlər”.

“SAVAŞ” xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. İlahiyyatçı təbliğatın qarşısının alınmamasında dini qurumları da günahkar hesab edir:

“Bu şəxslər sosial şəbəkələrdə müxtəlif istiqamətlərdə müzakirələrə qoşularaq bir-birlərini tək buraxmırlar. İndi biz sosial şəbəkələrdə görürük onları, lakin sosial şəbəkəyə girməyən, evlərdə də İran təbliğatı aparan insanlar çoxdur. Bu gün Azərbaycanın din rəsmisi İranın liderini öz rəhbəri olaraq qəbul edirsə, onun yanında çalışan, vəzifəsi olan din xadimlərindən nə gözləmək olar? Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gödüyü iş nədən ibarətdir? Qurumun işçiləri icra hakimiyyətlərinin müəyyənləşdirdiyi adamlara din mülahizələri oxuyurlar, konfrans keçirirlər, yaxud dini icmaları qeydiyyata alırlar”.

Müsahibimiz 5-10 illik planın hazırlanmasının zəruri olduğunu qeyd edib:

“Birinci növbədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİK), Qafqaz Müsəlmanları İdarəsinin işçilərinə din siyasəti hansı şəkildə aparılmalıdırsa, o öyrədilməlidir. Faktiki olaraq DQİK-nin rəhbəri dini bilməyən insandır. Belə olan halda həmin qrupdan başqa nə gözləmək olar? Bu məsələrdə ciddi addım atılmalıdır. Problemdən çıxış yolu əvvəlcədən planlaşdırılmalıdır. Rayonların 5-10 illik inkişaf planı qurulduğu kimi bu təbliğatın qarşısının alınması üçün də planlar qurulmalı, kadrlar təyin olunmalıdır”.

Əzizə Zeynal

 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button