Maraqlı

Obamanın aldatdığı küçə rəssamı: \”Ona inanırdım\”

Obamanın aldatdığı küçə rəssamı: "Ona inanırdım"ABŞ Prezidenti Barak Obamanın 2008-ci ildəki seçki kampaniyası ərəfəsində məşhurlaşan \”Hope\” (Ümid) portretinin müəllifi Şepard Feyri hələ də haqqını ala bilməyib.

Axar.az xəbər verir ki, seçki kampaniyasında Obamaya böyük dəstək verən və bir portretlə onu məşhurlaşdıran küçə rəssamı Obamanın səmimiyyətinə inandığını, lakin uzun müddətdən sonra xəyallarının puç olduğunu deyib.

O, \”Esquire\” jurnalına verdiyi müsahibəsində çəkdiyi portretlə Obamaya böyük dəstək verdiyini, lakin 6 il yarımdan sonra prezidentin yaxınlığına belə buraxılmadığını təəssüflə qeyd edib:

\”Həmin zamanlarda ona inanırdım. Ancaq pilotsuz təyyarələri və gizli dinləmələri dəstəkləyəcəyi heç ağlıma gəlmirdi. Daha cəsarətli ola bilmədiyi üçün ona qeyd vərəqəsi verə bilmirəm\”.

Digər tərəfdən ABŞ xalqını da tənqid edən Feyri ölkədə cahil bir cəmiyyətin formalaşdığını bildirib:

\”Amerikalıların cahil və tənbəl olduğunu söyləməkdən zəhləm gedir. Amma əksəriyyəti belədir\”.

Feyri 2016-cı il seçkilərinə toxunaraq, Hillari Klintonun proqramını bəyəndiyini deyib:

\”Hillari Klinton ilə düşüncələrimiz bir çox mövzuda uyğundur. Amma kampaniyanın maliyyələşdirilməsi quruluşu məni əsəbləşdirir\”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button