Maraqlı

Elza yenə güldürür: \”Obama da, Ledi Qaqa da məndən öyrənir…\” – VİDEO

Elza yenə güldürür: "Obama da, Ledi Qaqa da məndən öyrənir..." - VİDEO“Mən tay-keş ayaqqabı geyinəndə çoxları mənə istehza etdi. Lakin xəbər tutdum ki, məndən sonra Barak Obamanın xanımı da tay-keş ayaqqabı ilə idman zalına gedib. Bu da onu göstərir ki, Elza heç vaxt səhv etmir”.

ANS TV-in efirində yayımlanan \”Şəbəkə\” verilişi xəbər verir ki, Elza Seyidcahanın bu sözləri sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Bu barədə \”Şəbəkə\” verilişinə danışan müğənni belə deyib:

“Əgər kimsə fikirləşirsə ki, ola bilməz Mişel Obama mən geyindiyim ayaqqabılar tərzində ayaqqabı geyinsin. Nəyə görə də geyinməsin?. Çünki Elza Seyidcahan nə geyinibsə, nə edibsə, hələ bunun ardı gəlir. Mişel xanıma burdan təşəkkürlərimi bildirirəm ki, o uzaqdan-uzağa Azərbaycanın əməkdar artistini dəstəklədi. Ledi Qaqaya təşəkkürümü bildirirəm ki, məndən sonra gəlib. Özünün də xəbəri olmadan. Mən etdiyim işləri o təkrarlayır”.

Müğənni onu qınayanlara da öz mesajını göndərib:

“Sadəlövh deyiləm. Bilirəm harada necə olmaq lazımdı. Yerimi bilirəm. Heç kim mənə sataşmasın, söz deməsin. Kimliyindən asılı olmayaraq, hamını yerində otuzdurmağı qadir ola bilən silahlarım var”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button