Maraqlı

Vəhhabi şeyxi: “Zəlzələlərin səbəbi cins şalvar geyinən qadınlardı”

Vəhhabi şeyxi: “Zəlzələlərin səbəbi cins şalvar geyinən qadınlardı”Pakistanın tanınmış vəhhabi-təkfirçi şeyxlərindən olan və \”Taliban\” terror qruplaşmasının ideoloqlarından sayılan Mövlanə Fəzlur Rəhman yeni və \”müasir\” fətvası ilə gündəmə gəlib.

İslam.az-ın \”Indian Express\”ə istinadla verdiyi xəbərə görə, Pakistandakı İslam Alimləri Cəmiyyətinin \”Fəzl\” qolunun lideri bəyan edib ki, dünyadakı zəlzələlərin, iqtisadi problemlərin və digər kataklizmlərin bir səbəbi var: qadınların cins şalvar geymələri. O bildirib ki, belə geyinən qadınları şəriətin tələblərini kobud surətdə pozurlar: \”Qadınlar şəriətin tələblərinə görə geyinsələr və un çuvalı kimi evin bir küncündə otursalar, o zaman heç bir fəsad baş verməz\”. Fəzlur Rəhman bu halların qarşısının alınması üçün ordunun təcili olaraq cins şalvar geyinən qadınlara qarşı əməliyyata başlamasını tələb edib.

Eyni zamanda o, \”Taliban\” quldurlarının davranışlarına da bəraət qazandırıb: \”Əgər pakistanlı qadınlar normal geyinsəydilər, o zaman \”Taliban\”dan olan qardaşlarımızın da ölkəyə gəlməsinə ehtiyac qalmazdı\”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button