Maraqlı

Roza Zərgərli falçını polisə verdi: “Məndə cadu var? – Video

Müğənni Roza Zərgərli sosial şəbəkələrdə onun adından istifadə edən iki şəxsi polisə verib.

Bu barədə o, instaqram hesabında məlumat verib.

Zərgərlinin hüquq-mühafizə orqanlarına müraciət etməsinə səbəb bir falçının onun şəklini instaqramdakı səhifələrin birində “Roza Zərgərliyə cadu etdilər” başlığı ilə paylaşdıraraq, özünü reklam etməsi olub.

Müğənni falçıya zəng edərək “Məndə cadu var? Məndən cadu tapmısınız? Həmin səhifə mənim şəklimi sənin fotonun yanına qoyanda niyə demirsən?” sözlərini deyib.

“Biz sənət insanlarının adından qara piar olaraq özlərinə reklam qazanırlar ve dinimizə aid olmayan yalandan insanları dolandıraraq onların pullarını mənimsəyirlər. Tezliklə polis tərəfindən saxtakarlıqla məşğul olduğuna görə hər iki şəxs qanun qarşısında cavab verəcəklər”, – deyə sənətçi əlavə edib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button