Maraqlı

Abşeronda şagirdlərə narkotik maddə paylanıb ? – VİDEO

Abşeronda şirniyyat adı ilə şagirdlərə xüsusi qablarda maddələr verilib. Hadisə rayonun Masazır qəsəbəsi, Cantəpə adlanan ərazisində baş verib.

Savash.org xəbər verir ki, ərazidə Kəlbəcər rayon 56 nömrəli tam orta məktəb var. İddia olunur ki, naməlum şəxs və ya şəxslər şagirdlərin yolunun üstünü məhz bu səbəbdən seçiblər.

56 nömrəli məktəbin direktor müavini Nizami Əsgərov məsələdən xəbər tutan kimi hüquq-mühafizə orqanlarına məlumat verdiyini deyir.

Məsələni Daxili İşlər Nazirliyi nəzarətə götürüb. Nazirlikdən bildirilib ki, şagirdlərə şirniyyat adı altında xüsusi maddə payladığı iddia olunan şəxs artıq Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Həmin qabda olan maddənin nə olduğunu araşdırmaq üçün ekspertiza təyin olunub. Cavab çıxandan sonra məsələyə hüquqi qiymət veriləcək.

Daha ətraflı Baku TV-nin süjetində:

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button