Maraqlı

Bülənt Ərsoy Ərdoğanın qonaqlığına görə həbs olunur

Bülənt Ərsoy Ərdoğanın qonaqlığına görə həbs olunurHadisə keçən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi iftar məclisində baş vermişdi.

Ötən il orucluq ayında Rəcəb Tayyib Ərdoğan tərəfindən təşkil edilmiş iftar süfrəsinə dəvət alan Ajda Pekkan təhqir olunmuşdu. Belə ki, Bülənt Ərsoya salam vermədiyi üçün divanın qəzəbinə səbəb olmuşdu.

Oxu.Az xəbər verir ki, ki Ajda Pekkan məhkəməyə müraciət etmişdi, Ərsoy isə hadisə ilə bağlı ifadə vermişdi. Həmin dövrdə prezident olan Ərdoğan iki sənətçidən mübahisəyə son qoymalarını və barışmalarını istəmişdi. Bülənt Ərsoy Ərdoğanın sözünü yerə salmayaraq, özü haqqında bəzi televiziya verilişlərində uyğunsuz ifadələr işlədən Ajda Pekkana qarşı məhkəməyə müraciət etməkdən imtina etmişdi.

Bülənt Ərsoyun prodüseri Fevzi Siverek baş verənləri belə açıqlayıb:

“Dünən Beykoz Adalet Sarayından zəng vurdular, həbs haqqında qərar qəbul edilib. Ajda Pekkan prezidentin də ricasını eşitməyib və barışmayaraq məhkəmə müraciətini geri götürməyib. Hakimdən icazə almışıq, bu gün saat 13.00-da Beykoz Adalet Sarayına gedib ifadə verəcəyik. Qarşılıqlı olaraq Ajda Pekkanın Bülənt Ərsoyun ünvanına dediyi uyğunsuz ifadələrə görə məhkəməyə müraciət edəcəyik”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button