Maraqlı

Tiflisdən qaçan pinqvin Qazaxda üzə çıxdı

Tiflisdən qaçan pinqvin Qazaxda üzə çıxdıGürcüstan paytaxtı Tiflis Zooparkından qaçan Afrika pinqvini Gürcüstan-Azərbaycan sərhədində yerləşən Qırmızı körpü ərazisindəki Xram çayında aşkarlanıb.

Bu barədə Femida.az Gürcüstan KİV-nə istinadən xəbər verir.

Gürcüstan paytaxtı Tiflisdən Azərbaycanla olan körpüyə qədər olan məsafə 60 kilometrdir.

Zoopark nümayəndəsi bildirib ki, artıq pinqvinin qaytarılması üçün Tiflisdən xüsusi nümayəndələr əraziyə göndərilib. Heyvanın ən qısa vaxtda Tiflisə qaytarılacağı bildirilir.

Qeyd edək ki, iyunun 14-ü baş verən təbii fəlakət nəticəsində Tbilisi Zooparkı dağılıb. Nəticədə begemot, ayı, pələng, pinqvin və digər vəhşi heyvanlar da şəhər küçələrinə dağılmışdı

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button