Maraqlı

Yeni 10 dollarlıq əskinasın üstündə qadın şəkli olacaq

Yeni 10 dollarlıq əskinasın üstündə qadın şəkli olacaqABŞ Xəzinədarlıq Departamenti emal ediləcək yeni 10 dollarlıq əskinasda qadın şəkilinin yerləşdiriləcəyini bildirib. Amma o qadının kim olacağı hələ məlum deyil və ilin sonuna qədər qərarlaşdırılacaq.

Savash.org saytı BBC-yə istinadən xəbər verir ki, yeni əskinas 2020-ci ildə qadına seçim hüququ verən konstitusiyaya 19-cu düzəlişin 100-cü ildönümündə dövriyyəyə buraxılacaq.

Xəzinədarlıq seçim üçün ictimai fikirlə maraqlanacaq. Hazırkı əskinaslarda yalnız keçmiş ABŞ siyasi liderləri əks olunub. Onların hamısı ağdərilidir.

Xəzinədarlıq Departamentinin seçəcəyi qadın hazırkı əskinasda əks olunmuş Amerika inqilabının əsas adamlarından biri və ABŞ Xəzinədarlığının ilk katibi olan Alexander Hamiltonu əvəzləyəcək. Hamiltonun təsviri 1929-cu ildən bəri bu əskinasda əks olunur. O Benjamin Franklinlə birgə ABŞ əskinaslarında əks olunan və prezident olmayan 2 siyasi fiqurdan biridir.

Qadın təsvirləri ABŞ pullarında əvvəllər də olsa da o əskinas və sikkələr geniş istifadə olunmayıb. Son dəfə qadın hüquqları müdafiəçisi Susan Entoni və hindu əsilli Sacagavea sikkələrdə təsvir olunsa da hər iki sikkə tez zamanda dövriyyədən çıxıb.

Xəzinədarlıq Departamenti yenidənqurmanın əsas məqsədini saxta pul kəsənlərə mane olmaq üçün əlavə tədbirlərin görülməsi kimi izah edir. Qadın qrupları isə əskinaslarda daha çox təmsil edilmək üçün təkid edir. Bu ilin mart ayında müstəqil qrup 20 dollarılıq əskinasda sabiq prezident Endryü Ceksonu əvəzləyəcək qadının seçilməsi üçün müsabiqə keçirmişdi.

Müsabiqədə abolisionist Harriet Tubman finalçılar, sabiq birinci xanım Eleneor Ruzvelt, hüquq müdafiəçisi Roza Parks və Cherokee xalqının lideri Uilma Maniklərə səs çoxluğu ilə qalib gəlib. Tubman 1850- ci illərdə bir çox qulun azadlığa çıxmasına şərait yaradan “Yeraltı Dəmir Yolu”nun bələdçisi kimi tanınır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button