Maraqlı

Dünyanın ən xoşbəxt uşaqları, ən qəribə uşaq adları olan ölkə və… – 5 MARAQLI FAKT

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı dünya ölkələri üzrə uşaqlarla bağlı 5 faktı təqdim edirik.

1. Dünyanın ən xoşbəxt uşaqları

BMT Uşaq Fonduna (UNİCEF) görə, dünyanın ən xoşbəxt uşaqları Hollandiyada yaşayır. Hollandiyalı uşaqlar altı aylıq olarkən gün ərzində amerikalı uşaqlardan iki saat daha çox yatır.
Hollandiyalı analar uşaqların səhhətinə ziyan verə biləcək qidalardan uzaqdır. Hətta uşaqların sevdiyi şokolad belə onlara verilməməlidir. Çünki onlardan gizlədilən hər şey uşaqlar üçün daha maraqlı olur. Hollandiyada hər ailədə uşaqların da sözü keçir. Ailələr bunu etməklə uşaqların gələcəkdə güclü və söz sahibi ola biləcəyini düşünür.

2. Təhsil imkanından məhrum uşaqlar

UNICEF statistikasına görə, hazırda dünya üzərində 18 milyon uşaq ibtidai təhsil də daxil olmaqla təhsil almaq imkanından məhrumdur.  Afrika qitəsində yerləşən Liberiya uşaqların təhsil imkanından ən çox məhrum olduğu ölkədir Belə ki, bu ölkədə uşaqların demək olar ki, üçdə ikisi məktəbə getmir.

3. Dünyanın ən qəribə adlı uşaqları

Afrika qitəsində yerləşən Zambiya dünyanın ən qəribə adlarına malik uşaqların vətəni hesab edilir. Mulangani “Məni cəzalandır”, Chilumba “Qardaşımın qəbri”, Balaudye “Məni yeyəcəklər”, Soca “Bəxtiqara”, Chakufva “Ölüdür”, Massiye (“Yetim”), Chisonis (“Kədər”), Chimvamsozi “Gözyaşını içən”, Komasi “Onu öldür”, bu adlardan bəziləridir.

Zambiya mədəniyyətində belə bir tendensiya var ki, uşaqlara onların doğulduğu şəraitə uyğun ad verilməlidir. Əslində uşaqların daşıdığı bu adlar həm də onların necə çətin və ağır şəraitdə yaşadığının əyani sübutudur.

4. Uşaq ikən ana-ata olan uşaqlar

Son illər dünyada uşaqların üzləşdiyi ən ciddi problemlərdən biridə erkən nikahlardır. BMT 18 yaşından aşağı olanları “uşaq” kimi müəyyən edir. Hazırda dünyada rəqəmsal olaraq ən çox uşaq nikahına sahib ölkə 15 milyon 509 min ilə Hindistandır. Bu ölkədə 13-14, bəzən isə 9-10 yaş həddində qız və oğlan uşaqlarının evləndirildiyi məlumdur.

5. Uşaq istismarının ən çox olduğu ölkə

Təəssüf ki, hazırda uşaq istismarının ən çox olduğu ölkə qardaş Türkiyədir. Türkiyədə hər dörd saatdan bir uşaq zorlanır və ya zorakılığa məruz qalır. Küçələrdə yaşayan təxminən 25.000 uşaq cinsi qısnama ilə üzləşir. Hər il orta hesabla 7000 uşaq cinsi zorakılığa məruz qalır. Türkiyə Statistika komitəsinin açıqlamalarına görə, 7-14 yaş arası uşaqlar daha çox cinsi istismara məruz qalırlar.

Turan Rzayev

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button