Maraqlı

“Şalvarını aşağı çəkərək arxadan buraxdığı qazla…” – Stalin Dövlət Bankının sədrini niyə güllələtdirib?

1930-cu illərdə SSRİ-də aprılan “böyük təmizlik” və repressiya bütövlükdə ölkəni qorxu və gərginlik içərisində saxlayıb. Şəhər və rayon rəhbərlərindən tutmuş ən yüksək ranqlı vəzifəlilərə qədər hamı özünü qorumaq üçün mümkün olan bütün xilas variantlarından istifadə edib. Kimisi öz həmkarını şərləyərək özünü təmizə çıxarıb, kimlərsə sağ qalmaq üçün ölkəni tərk etməyi çıxış yolu sayıb, məmurlar arasında intihar faktları da qeydə alınıb və s. SSRİ Dövlət Bankının idarə heyətinin sədri Lev Maryasin isə Stalinin “qara siyahı”sına düşməmək üçün fərqli bir yol seçib.

14 iyul 1936-cı ildə baş bankir Stalinin qəbul otağına zəng vuraraq görüş xahiş edib. Elə həmin gün Stalin axşam sattlarında Maryasini qəbul edib. Qəbulda həmin dövrdə SSRİ Xalq Komissarları Sovetinin sədri (baş nazir) postunu tutan Vyaçeslav Molotov da iştirak edib. Görüş 25 dəqiqə davam edib.

Əvvəlcə Maryasin Stalinə Dövlət Bankı ilə bağlı qısa hesabat xarakterli məruzə edib. Məruzədən sonra Stalin soruşub:

98446587.jpg (56 KB)

– Yoldaş Maryasin, sizin hansısa bir təklifiniz, yaxud sizi narahat edən bir məsələ var? Partiyanın müdaxiləsinə ehtiyacı olan istənilən problemin həllində biz lazımi qərarlar çıxara bilərik.

– Xeyr, yoldaş Stalin, mənim şəxsi bir narahatlığım var. Mən gələcək həyatım üçün narahatam.
Stalin kürsüsündən qalxaraq ona yaxınlaşıb, əlini baş bankirin çiyninə qoyub:

– Heç bir narahatlığa ehtiyac yoxdur, sən müxafilətçi deyilsən axı. Sən bizim qırmızı bankirsən.

Maryasin Stalinin kabinetini ruh yüksəkliyi ilə, sevinclə tərk edib. Bu sevincin ömrü isə cəmi 12-13 saat çəkib. Səhərisi gün Maryasin iş yerinə gedəndə kabinetinin qapısının möhürləndiyini görüb. Köməkçisi ona Xalq Komissarları Sovetindən göndərilən sənədi verib. Sənəddə qeyd edilib ki, iş yerinin dəyişdirilməsi ilə bağlı o, vəzifəsindən azad edilib.

f1cc18132f6093f2519a151249275503.jpg (69 KB)

Baş bankir dərhal yuxarılardakı əlaqələrindən istifadə edərək məsələyə aydınlıq gətirmək istəyib. Kremldən Maryasinə bildiriblər ki, yaxın günlərdə o, Mərkəzi Komitənin aparatında işlə təmin olunacaq.
Dörd gün keçdikdən sonra Maryasin Kremldən növbəti bir informasiya əldə edə bilib. Ona bildiriblər ki, Mərkəzi Komitə aparatında işlə təmin edilməsi təxirə salınıb. Çətin vəziyyətə düşən sabiq bankir Stalinə teleqram ünvanlayıb:

“Mən Mərkəzi Komitə aparatına təyinatımın təxirə salınmasından olduqca narahatam. Mənə çox çətindir. Xahiş edirəm, məni 10-15 dəqiqəlik qəbul edib dinləyəsiniz”.

Gərginliyə daha 12 gün tab gətirən Maryasin 31 iyulda Stalinə eyni məzmunda növbəti bir məktub ünvanlayıb. Bu məktubdan cavab almasa da, onu işlə təmin ediblər. Amma Mərkəzi Komitənin aparatında deyil, Kiyev vilayətində konserv kombinatının inşasına rəhbər vəzifəsinə.

Maryasin ümidlərini üzməyib, bu vəzifəni keçid dövrü kimi qəbul edib. Həqiqətən də Kiyevdəki fəaliyyəti onun üçün keçid olub, vəzifə kürsüsünə yox, dəmir barmaqlıqlar arasına. 20 dekabr 1936-cı ildə o, terror təşkilatları ilə əlaqədə, antisovet fəaliyyətdə ittiham olunaraq həbs edilib. 10 sentyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Maryasin haqqında ən ağır hökm, güllələnmə hökmünü çıxarıb. Hökm həmin gün icra edilib.

Maryasin_lev.webp.png (173 KB)

Maraqlıdır, Maryasin hansı səbəblərə görə Stalinin qəzəbinə tuş gəlib?

Lev Maryasin 1894-cü üldə Moqilyovda (Belarus) anadan olub. Yeddillik təhsil alıb. 1915-ci ildə bolşeviklər partiyasına üzv qəbul edilib. 1918-1920-ci illərdə ümumrusiya səfərbərlik idarəsində qərargaha rəhbərlik edib. 1919-cu ildə Qırmızı meydanda ilk dəfə bayram nümayişi keçiriləndə Maryanis Lenini mühafizəçi qismində müşayiət edənlərdən biri olub. Qırmızı Professura İnstitutunda təhsil aldıqdan sonra o, partiya və təsərrüfat orqanlarında fəaliyyətini davam etdirib. Xalq Komisarları Sovetində ticarət şəbəsinin, Ukrayna Kommunist Partiyasınını Mrkəzi Komitəsində informasiya və statistika şöbəsinin müdiri, Mərkəzi Komitədə təşkilat şöbəsinin müdir müavini, SSRİ Dövlət Bankı idarə heyətinin sədr müavini vəzifələrini daşıyıb. 1934-cü ildə Lev Maryasin Dövlət Bankına rəhbər təyin edilib.

Maryasin “NKVD” başçısı Nikolay Yejovun ən yaxın dostlarından biri olub. Ətrafdakılar onları “qədəh dostları” adlandırıb. Bütün əyləncələrini bir yerdə keçirən iki məmur ən iyrənc oyunlardan çıxıblar. “NKVD” şefinin mühafizəçilərindən biri Yejovun məhkəmə prosesində bu iyrəncliklər haqqında aşağıdakı ifadəni verib:

800px-РГАСПИ._Ф._558._Оп._11._Д._773._Л._67.jpg (38 KB)

“Yejovun bağ evində olduqca tez-tez səhərə qədər davam edən əyləncələr keçirilirdi. Bu tədbirlərin, demək olar ki, hamısında Maryasin əsas simalardan biri olurdu. Sərxoş vəziyyətə düşdükdən sonra onların çıxardıqları oyunları sözlə ifadə etmək çətindir. Məsələn, gecənin bir aləmində Yejovla Maryasin mərcə girişirdilər. Mərc nədən ibarət olurdu? 5 qəpiklik sikkənin üstünə o qədər siqarət külü atırdılar ki, qəpik görünməz olurdu. Sonra onlar şalvarlarını aşağı çəkərək arxadan buraxdıqları qazla qəpiyin üstündəki külü təmizləməyə başlayırdılar. Kim qalib olurdusa məğlubdan istədiyi şeyi, hətta hər şeyi xahiş edə bilərdi. Bu iyrənc səhnələri müşahidə etmək dəhşətli idi…”

Maryasin “iyrənc” oyunlarda hər dəfə Yejova qalib gələndən sonra dostlarının yanında qələbəsini qürur hissi və həvəslə nağıl etməyə başlayıb. Bu isə öz növbəsində Yejovun qıcığına səbəb olub. Bu qıcıq o dərəcəyə çatıb ki, o, dostunu məhv etməyə qərar verib.

Məhz Maryasin haqqında “sənədlər qovluğu”nu da Stalinə Yejov təqdim edib. Onun terror təşkilatlarla əlaqədə olduğunu, vəzifədən sui-istifadə etdiyini, tüfeyli həyat sürdüyünü, kommunist əxlaqına zidd əməllərini Kremldə “sübuta” yetirə bilib. Beləliklə də, 44 yaşlı Maryasin öz dostunun güdazına gedib.

Ancaq Yejov da uzun yaşamayıb. Onu da 1940-cı ildə güllələyiblər.

İlham Cəmiloğlu, Musavat.com

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button