Maraqlı

Boris Consonun türk babası ilə bağlı ilginc faktlar – Əli Kamal bəy Atatürkə niyə nifrət edib və necə öldürülüb?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son NATO sammitində ABŞ prezidenti Co Baydenlə söhbət zamanı əli ilə Böyük Britaniyanın baş naziri Boris Consona işarə edərək, “bu da türkdür” deməsi mediada və ictimaiyyət arasında böyük marağa səbəb olub. Bundan əvvəl eks-prezident Tramp da Consonla Ərdoğının söhbətləşməsinə işarə edərək, “iki türk söhbət edir” demişdi. 

Bəs baxaq görək, Boris Conson nə qədər türkdür. Musavat.com baş nazirin nəsil şəcərəsi və həyat yoluna dair maraqlı materialı təqdim edir.

Böyük Britaniyanın hakim Mühafizəkarlar parityasının lideri və ölkənin baş naziri Boris Conson son dövrlərin əsas qəhrəmanlarından sayılır.

Xüsusilə Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar savaşda onun göstərdiyi prinsipial mövqe hər kəs tərəfindən rəğbətlə qarşılanır.

Ukrayanda baş verən faciəli savaşın ilk mərhələsində Qərb dünyanın bir çox liderlərinin yumşaq dillə ifadə edilsə tərəddüdlü, riyakar mövqeyindən fərqli olaraq Böyük Britaniya bu məsələdə birtərəfli yanaşma sərgiləyib. Bu cür duruşuna görə britaniyalı lideri hətta məşhur baş nazir Uinston Çörçillə müqayisə edənlər belə var.

Onun həyatı ilə bağlı bir çox maraqlı məqamlar mövcuddur. Bunlardan ən əsası britaniyalı dövlət adamının əslinin Osmanlı türkü olması ilə bağlıdır.

Boris Conson 1964-cü ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub.

Onun ata tərəfdən ulu babası türk jurnalisti Əli Kamal bəydir. Əli Kamalın əsli Türkiyənin Çankırı vilayətini Orta rayonundandır.

İstanbulda və Avropada ali təhsil aldıqdan sonra ictimai həyata atılan Əli Kamal əsasən diplomat və jurnalist fəaliyyəti ilə məşğul olub.

444.JPG (36 KB)

1903-cü ildə yay tətili üçün Londona gedən Əli Kamal burada Vinayfr Bran adlı ingilis xanımla evlənir. Həmin evlilikdən onun Selma adlı qızı, Osman adında oğlu dünyaya gəlir.

Gənc jurnalist xanımı öldükdən sonra İstanbula geri dönür. Əli Kamal bəy burada jurnalistlik fəaliyyəti ilə yanaşı siyasətlə də məşğul olmağa başlayır. Qatı ingilispərəst baxışlara sahib olan Əli Kamal damad Fərid paşanın hökumətində təhsil naziri və daxili işlər naziri postlarını tutub. Sonuncu vəzifəsində Türkiyənin gələcək lideri Mustafa Kamal paşa və yeni yaranan Kuvayi Milliye adı ilə bilinən azadlıq hərəkatına qarşı mövqe alır və onun həbs əmrini verir. Bu dövrlərdə Əli Kamalın ermənilərə simpatiya bəsləməsi xalq arasında ona ikrahla “Artın Kamal” ismi qoyulmasına gətirib çıxarır. Belə ki, Əli Kamal İstanbulda ermənilərlə, əsasən də Mehran adlı dostu ilə oturub-durur, Qarsı ermənilərdən geri alan Mustafa Kamal paşanı qəzetində təhqir edirdi.

Elə onun müxtəlif qəzetlərdə hərəkat liderlərinə qarşı yazılarına görə xüsusi əmrlə Ankara hökumətinin qurduğu “Təşkilati-mahsusa”nın (xüsusi xidmət orqanı) əməkdaşları tərəfindən İstanbulda bir bərbərxanada ələ keçirilir. İzmir bölgə komandanı Saqqallı Nurəddin paşaya təslim edilən Əli Kamal burada gənc zabitlər tərəfindən 1922-ci ilin noyabr ayının 6-da vəhşicəsinə öldürülür.

Без названия.jpg (26 KB)

Atasının ölümündən sonra oğlu Osman Böyük Britaniyaya, qohumlarının yanına qaçır. Sonradan Osmana Wilfred (Vilfrid) adı da verilir və o nənəsinin Conson soyadını götürür. Vilfrid Conson daha sonra İren Uilyamsla evlənir. Onların Stenli adlı oğlu dünyaya gəlir Stenli Conson Böyük Britaniyanın Mühfizəkarlar partiyasının fəal üzvlərindən olur. Onun öz ölkəsini Avropa Parlamentində təmsil etdiyi də bilinməkdədir. Boris Conson həmin Stenli Consonun oğludur.

Əli Kamalın İstanbuldakı ikinci evliliyindən dünyaya gələn Zeki Küneralp cümhuriyyət dönəminin tanınmış diplomatlarından olub.

a240e866163c81dea0dfe1a84c737d82.jpg (16 KB)

Isveçrədə təhsil alan Zeki Küneralp İsmət İnönünün dəvəti ilə vətəninə geri dönüb. Daha sonra peşəkar diplomat olan Zeki Küneralp Türkiyənin müxtəlif dönəmlərdə Fransa (1956-1957), İsveçrə (1960-1964), Böyük Britaniya (1964-1966) və İspaniya (1972-1979) səfiri olub. Bir müddət xarici işlər nazirliyinin aparatına da rəhbərlik edib.

1978-ci ildə Zəki Küneralpın xanımı Necla Küneralp, bacanağı diplomat Bəşir Balçıoğlu və sürüncüləri Anronito Torres erməni terror təşkilatı ASALA-nın 3 üzvü tərəfindən açılan atəşlə öldürülür. Yəni, ermənipərəst “Artın Kamal”ın gəlini erməni terrorçularının qurbanına çevrilir.

Zeki Küneralpın oğlu Səlim Küneralp da (1951) peşəkar diplomatdır və yüksək vəzifələrdə yer alıb.
Maraqlıdır ki, Boris Consonu özü də jurnalist və diplomat fəaliyyətini birləşdirən siyasətçi olub.

667.JPG (52 KB)

Gənc yaşlarından Böyük Britaniyanın prestijli məktəblərində təhsil alan Boris Conson Oksford universitetinin Balliol kollecinin məzunudur. 1983-1984-cü illərdə onu zadəganların yer aldğı Ballinqdon klubuna üzv edirlər. Burada o, şahzadə Diananın qardaşı Çarlz Spenser, gələcək baş nazir Devid Kameronla tanış olur.

Boris Conson məslək həyatına 1987-ci ildə “Daily Telegraph” qəzetində başlayır. Bu qəzetdə o, aparıcı siyasi analitik və baş redaktorun müavinliyinə qədər yüksəlir.

2001-ci ildə Boris Conson Mühafizəkarlar partiyasından Henli dairəsindən İcmalar palatasına deputat seçilir. 2004-cü ildə o, müxalifətin kölgə kabinetində mədəniyyət naziri olur.

2007-ci iln martında Boris Conson London merliyi uğrunda mübarizəyə qatıldığını bəyan edir və 2008-ci ilin mayın1-də keçirilən seçkilərdə qlaib gəlir. O, bu vəzifəsini 2012-ci ildə ikinci dəfə qələbə qazanaraq sürdürür. Boris Consonun 2012-ci ildə Londonda keçirilən Yay olimpiadasındakı təşkilatçılıq qabliyyəti yüksək qiymətləndirilib.

2015-ci ilin may ayının 7-də keçirilən seçkilərdə İcmalar palatasının deputatlığına seçilən Boris Conson mer postunu da qoruyub saxlayır.

Boris Consonun London merliyi dövründə Böyük Britaniyanın Avropa Birliyindən çıxması üçün “Breksit” kampaniyasının ən aktiv üzvlərindən birinə çevrilir. Ada dövlətinin Avropa İttifaqı ailəsindən ayrılması, onun fikrincə, Böyük Britaniyaya beynəlxalq arenada daha müstəqil imkanlar bəxş etməli idi. Avropa Birliyində Fransanın, xüsusilə Almanyanın hakim mövqelərə sahib olması Britaniya elitarlarını olduqca narahat edirdi. Tarix boyunca Avropa siyasətinin aparıcı dövləti rolunu oynayan İngiltərə üçü Avropa Birliyində 3-cü sırada yer almaq xüsusilə mühafizəkar dairələrdə də qəzəblə qarşılanırdı. Onlaırn bu mövqeyi Bukinqem sarayı, yəni kraliça II Elizabet tərəfindən dəsətklənirdi. Boris Conson isə həmin dairələrin aparıcı füqurlarından birinə çevrilməyi bacardı. Həmin dövrdə Avropa Birliyindən çıxmaq üçün deyil, bu məsələyə Britaniya cəmiyyətində mübahsəlrə son qoymağa çalışan Devid Kameron üçün referendumun nəticələri əsl şoka çevrilir. Bu sarsıntıdan özünə gəlməyən baş nazir vəzifəsindən istefa verir və onun yerinə Mühafiəkarlar partiyasında az tanınan Tereza Mey gətirilir. Əslində isə bütün bunlar öncələr kölgədə qalan, “Breksit”dən sonra ulduzu parlayan Boris Consonun zirvəyə yolunu açır.

“Breksit”dən sonra, 2016-cı ilin iyulayının 13-də Boris Conson baş nazir Tereza Mey tərəfindən xarici işlər nazir vəzifəsinə təyin edilir. Bu vəzifədə o, Böyük Britaniyanın Birlikdən az zərərlə çıxması üçün rəsmi Brüssellə əsl “savaş” aparır.

Boris Conson hələ xarici işlər naziri vəzifəsində olarkən Kremlə qarşı sərt mövqe tutur. Hətta buna görə, “Vladimir Putinə və onun qurduğu “qanqster kleptokratiyasına” zərrə qədər simpatiyam” yoxdur deməkdən çəkinmir. Yeni xarici işlər nazirinin anti-Rusiya mövqeyi xüsusilə 2018-ci ilin martında Böyük Britanyada qaçqın kimi yaşayan keçmiş rus kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsindən sonra daha da güclənir. Həmin vaxtda o, 23 Rusiya diplomatının dərhal ölkədən çıxarılmasına (persona non qarata elan edilməsinə) nail olur. Xarici işlər naziri kimi Boris Conson tez-tez Rusiya ilə bağlı sərt ifadələrə yol verib. O, hətta 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə dünya çempionatını 1936-cı ildə faşist Almaniyasında keçirilən Yay Olimpiya oyunlarının keçirilməsi ilə müqayisə edib.

Boris Conson 2018-ci ilin iyulun 9-da hökumət başçısı Tereza Mey ilə “Breksit” anlaşması ilə bağlı ziddiyətə düşməsi səbəbindən vəzifəsindən istefa edir. Lakin bu onun hökumət pilləsində yüksəlişini dayandırmır.

2019-cu ilin may ayının 24-də Tereza Meyin Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən getməsindən sonra Boris Conson bu vəzifəyə, yəni həm də baş nazirliyə namizədliyini irəli sürdüyünü açıqlayıb. Onun namizədliyi həmin vaxt ABŞ prezidenti Donald Tramp tərəfindən də dəstəklənib.

Hakim partiya daxilində 2019-cu ilin iyun ayının 13-dən 20-dək keçirilən səsvermənin ilk beş turunda Conson hər dəfə rəqibləri üzərində əhəmiyyətli fərqlə birinci yeri tutub. İyunun 20-də baş tutan beşinci raundun nəticələrinə görə, o, xarici işlər naziri Ceremi Hantla birlikdə sonuncu, altıncı tura çıxıb. Bu səsvermədə Boris Conson 92 min 153 səslə qalib gəlib. İyulun 23-də o, rəsmən Britaniya Mühafizəkarlar Partiyasının yeni lideri, ertəsi gün isə ölkənin baş naziri vəzifəsinə seçilir.

52061708_605.jpg (96 KB)

Yuxarıda qeyd edildiyi kimi Boris Consonun Rusiyaya münasibəti hökumət başçısı olarkən də dəyişmir. Kremlin Ukraynaya qarşı başlatdığı təcavüzkar savaşdan sonra o, “G7” dövlətləri içərisində Ukraynanı ən çox müdafiə edən ölkənin liderinə çevrilir. Bu günə qədər davam edən müharibədə Boris Conson iki dəfə (fevral və iyun aylarında) Ukraynanı ziyarət edib. İyun ayında Ukraynanın dostu kimi o, Çerniqovda “kazak”lar sırasına qəbul edilib və onun bu statusu “Boris Çuprina” adı ilə kazakların reyestrində rəsmiləşdirilib.

Rusiya dövlətinin Böyük Britaniya baş nazirinə olan qəzəbi təkcə Ukrayna ilə bağlı deyil. Boris Conson hökuməti Rusiya milyarderlərinin Böyük Britaniya adasındakı aktivlərinin əsl qəniminə çevrilib. Britaniya adası vaxtilə rusiyalı milyarderlərin ölkədən çıxardıqları milyardlarla vəsaitin yerləşdirilməsi üçün əsl “cənnət” sayılırdı. Rus iş adamları məhz burada səxavətlə böyük miqdarda pullar xərcləyir, futbol kulbları, lüks yaxtalar, iri malikanələr, fabrik və zavodlar alırdılar. Rusiyalı kəşfiyyatçı Aleksandr Litvinenkonun nümayişkaranə surətdə həyata keçirilən qətlindən sonra rəsmi Londonun onlara qarşı münasibəti dəyişməyə başlayıb. Rus oliqarxları artıq Brtaniyada milli təhlükəsizliyə təhdid kimi qəbul edilib. Krımın işğalı Kremlə yaxın iş adamlarının adada fəaliyyət göstərməsini olduqca çətinləşdirib. Ukrayna savaşı isə Böyük Britaniya hökumətini ən radikal addımlar atmasına gəirib çıxarıb. Vladimir Putinə yaxınlığı ilə bilinən Roman Abramoviç, Əlişir Usmanov kimi iş adamlarının sahibi olduğu bir çox mülklər (məsələn məşhur Çelsi klubu) onların əlindən çıxıb. İndinin özündə də bu proses davam edir. Rusiyanın bütün bunlara cavabı isə 2022-ci ilin aprel ayının 16-da Boris Consunun Rusiya Federasiyasına girişini yasaqlamaqdan ibarət olub.

Boris Consonun təkcə fəaliyyəti ilə deyil, sözləri ilə də Kremli qıcıqlandıran açıqlamalar verməsi artıq adət halını alıb. Məsələn dünən onun “Vladimir Putin qadın olsaydı savaş baş verməzdi” istehzalı ifadəsi Moskvada o dərəcədə qəzəblə qarşılanıb ki, Rusiya Federasiyasının prezidentinin sözcüsü Dmitri Peskov onunla bağlı “Qoca Freyd yaşasaydı bu obyekti yaxşı incələyərdi” sözlərini işlədib.

Boris Conson Bpyük Britaniiya dövlətinin Azərbaycanla bağlı siyasətinin ardıcıl davamçısı sayılır.

_107985453_boris_03.jpg (48 KB)

Azərbaycan dövləti müstəqil olduqdan sonra ən çox dəstək gördüyü dövlətlərdən biri Böyük Britaniya sayılır. Rəsmi Lonon bu münasibətlərə “strateji əhəmiyyətli” olaraq yanaşıb və Azərbaycan üçün həssas məsələlərdə onun qarşısında dayanmayıb, hətta açıq və ya gizli yollarla dəstəyini ifadə edib. Bunu 2020-ci ilin sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində Conson hökumətinin mövqeyindən görmək mümkündürr. Müharibə günlərində Qərb dünyasında kifayət qədər böyük nüfuza malik Böyük Britaniyanın dəstəyi Azərbaycanın bu cinahdan gələn təzyiqlərə tab gətirməsində, Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını tələb edən və ermənipərəst mövqeyi ilə bilinən dövlətlərin neytrallaşdırılmasında böyük rol oynayıb.

Bu ilin fevral ayında Böyük Britaniya və Azərbaycan Respublikası diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edilməsi ərəfəsində Boris Consonun Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi məktubda Böyük Britaniyanın Azərbaycan Respublikasının sarsılmaz və dəstək verən tərəfdaşıdır və bundan sonra da olacaqdır” cümləsi yer alıb.

Bu ilin iyun ayının 16-da IX Bakı Qlobal Forumunun başlaması münasibətilə göndərdiyi məktubda isə Azərbaycanın Ukrayna ilə bağlı apardığı siyasətə təşəkkür ifadə olunub və regional siyasətə dəstək göstərilib. Məktubda “2020-ci ildə işğaldan azad etdiyiniz qərb regionlarınızın bərpası” ifadəsi olduqca önəmlidir və əslində Böyük Britaniyanın Qarabağ savaşı ilə bağlı baxışını ortaya qoyur.

2552531_810x458.jpg (47 KB)

Boris Consonun Türkiyə ilə bağlı siyasəti də rəsmi Ankara tərəfindən məmnunluqla qarşılanır. Təsadüfi deyil ki, “Breksit”dən sonra Böyük Britaniya Türkiyə ilə 2020-ci ilin dekabr ayında Azad Ticarət sazişini imzalayıb. Həmin anlaşma ilə iki ölkə arasında gömrük rüsumları olmadan ticarət aparılacaq və bu da ilk dövrdə 25 milyard dollarlıq həcmi əhatə edir.

Ekspertlər Böyük Britaniyanın Türkiyənin Aralıq dənizində apardığı siyasətə gizli dəstək verən ölkələrdən biri olduğunu qeyd edir. Burada rəsmi Ankara Fransa və Almaniyanın dəstək verdiyi Yunanıstanla ağır mücadiləyə girişib. Qərb dövlətlərinin bir qisminin Yunanıstanı açıq şəkildə təhrik etdiyi, onun silahlandırdığı bir dövrdə Türkiyənin ada dövləti ilə starteji əməkdaşlığı həyati önəm daşıyır.

Musavat.com

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button