Maraqlı

Elm adamları şokda, Vanqanın 2022-ci il üçün söylədiyi kəhanət gerçəkləşir? – “Ölüm Sibirdən gələcək…”

Vanqanın 2022-ci ilə dair proqnozları bir çox insanın qorxusuna səbəb olub.

Məşhur kahinin bu il üçün söylədiyi 6 kəhanətdən 2-sinin gerçəkləşdiyi iddia olunub. Dünyanın yeni Covid-19 dalğasından ehtiyatlandığı bu günlərdə Vanqanın söylədiyi ölümcül epidemiya kəhanəti bir çox insanı narahat edib.

Belə ki, Vanqa Sibirdə donmuş torpağın altında qalan ölümcül virusun aşkar ediləcəyini deyib. Bəzi elm adamları isə qlobal istiləşmə və dünya əhalisinin artması səbəbindən bəşəriyyətin yaxın gələcəkdə Covid-19 kimi viruslarla qarşılaşacağını bildiriblər.

Məşhur kahinin digər mühüm proqnozu isə ciddi quraqlıq və qıtlığın olacağı ilə bağlı olub. Bu fonda, əksəriyyət Avropadakı həddindən artıq istilərin və ümumdünya taxıl böhranının Vanqanın kəhanətləri ilə üst-üstə düşdüyü fikrindədir. Vanqa güclü istilər nəticəsində böyük içməli su böhranı və çəyirtkə istilası olacağını proqnozlarına da yer vermişdi.

Qeyd edək ki, Vanqanın 2022-ci il üçün proqnozlarına yadplanetlilərin işğalı və gündəlik həyatda daha çox yer alan virtual reallıq daxildir.

Günay Rəsulqızı

sfera.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button