Maraqlı

Stalin rejiminin dəhşətlərinə dözməyən katib – 38 yaşlı Lominadze özünü güllələyib

1920-1930-cu illərdə SSRİ-də tanınmış bolşeviklər arasında intihar edənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Araşdırmaçıların qeyd etdiklərinə görə, həmin ərəfədə “Pravda”nın oxucuları qəzetin “xronika” sütununda tanınmış inqilabçıların intihar xəbərlərini artıq adi bir xəbər kimi qarşılayıblar.

Mövcud dövrü araşdıran tarixçilərin qənaətinə görə, sovet hökumətini quranların intihar etməsi bir neçə səbəbdən irəli gəlib. Birincisi, inqilabi proseslərə qoşulanda onlara verilən vədlərin heç birisi yerinə yetirliməyib, tanınmış bolşeviklər həytalarını təhlükəyə atanda xəyallarında canlandırdıqları sovet cəmiyyətinin sonralar tam əksini görüblər və nə vaxtsa yanıldıqlarını özlərinə bağışlamayıblar. İkinci səbəb kommunist rejiminin yaratdığı gərginlik, ədalətsiz qərarlar, partiya daxilindəki qruplaşmalar, siyasi elitadakı qeyri-səmimi atmosfer olub ki, bir çox bolşeviklər bu mühiti həzm edə bilməyiblər.

Səbəblərdən biri də, xüsusilə 1930-cu illərdə repressiya qorxusu olub. Həbs həddinə çatmaq, haqqında heç bir əsas olmadan güllələnmək hökmünü eşitmək istəməyənlər çıxış yolunu intiharda görüblər.
Rejimlə barışmayaraq intihar yolunu seçənlərdən biri də Vissarion Lomidze olub.

274px-Бесо_Ломинадзе.jpg (29 KB)

1897-ci ildə Kutaisidə müəllim ailəsində anadan olan Lominadze ilk təhsilini bu şəhərdəki gimnayizada alıb. O, gənc yaşlarından siyasətə böyük maraq göstərib, inqilabi proseslərə qoşulub.

Lominadze Leninqradda politexnik institutunda ali təhsil alıb. Leninqraddakı tələbə həyatı onun gələcək siyasi karyerasında xüsusi rol oynayıb.

Oktyabr inqilabının fəal iştirakçısı olan Lominadze inqilabdan sonra Qafqaza qayıdıb. O, əvvəlcə Kutaisi partiya təşkilatında fəaliyyətini davam etdirib, 1918-1919-cu illərdə Tiflisdə partiya təşkilatının rəhbələrindən biri olub, 1919-1920-ci illərdə Bakı partiya komitəsinin, eyni zamanda Bakı icraiyyə komitəsinin üzvü, daha sonra isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəyasət heyətinə üzv seçilib.

загружено.jpg (51 KB)

Lominadze mərkəzdə ən etibarlı və güvəniləsi bolşeviklərdən biri sayılıb. Lenin onu ən perespektivli kommunist kimi xarakterizə edib. Elə 1922-ci ildə də məhz Leninin təşəbbüsü ilə Lominadze Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinə katib təyin edilib. İki il bu vəzifədə işlədikdən sonra o, Moskvada Kommunist Universitetində təhsilini artırıb. Onun yaxın zamanlarda partiyanın mərkəzi aparatında yüksək vəzifələrin birinə təyinat alacağı heç kim üçün sirr olmayıb. Hətta söhbət Mərkəzi Komitənin katibi vəzifəsindən gedib. Bu məsələdə onu ən çox dəstəkləyən Serqo Orconikidze olub. Amma Stalin təyinat məsələsində çox da tələsməyib.

Əvvəlcə Lominadzeni Nejeqorod vilayət partiya vomitəsinə təbliğat şöbəsinin müdiri vəzifəsinə göndəriblər. Bu təyinatı belə əsaslandırıblar ki, Nijeqorodda kommunistlər antisovet ünsürlərlə mübarizədə çətinlik çəkirlər və bölgədə vəziyyəti sabitləşdirmək üçün Lominadzenin ora göndərilməsi Mərkəzi Komitədə vacib sayılıb. Bir müddət bu vəzifədə çalışdıqdan sonra Lominadzenin vəzifə təyinatı məsələsi yenidən gündəmə gəlib. Bu dəfə Lomidze Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasına birinci katib təyin edilib.

Stalin_in_March_1935 (1).jpg (108 KB)

Lominadzenin Qafqazda birinci şəxsə çevrilməsi ümumilikdə müsbət qarşılansa da, bu təyinatı qəbul etmək istəməyənlər də tapılıb. Onlardan biri Lavrenti Beriya olub ki, həmin ərəfədə o, bu vəzifəyə iddialı şəxslərdən biri sayılıb. Lominadze yeni vəzifədə fəaliyyətə başladığı ilk gündən Beriya göz dikdiyi vəzifəni əldə etmək üçün mübarizəyə başlayıb və mübarizədən qalib çıxıb. Cəmi bir həftə ərzində Beriya “məxfi” qrifi altında Stalinə 4 məktub göndərib. Məktublarda Lomidzenin bir qrup vəzifəli şəxslə antisovet fəaliyyəti xüsuslə vurğulanıb.

Əslində Beriyanın yazdıqlarında həqiqət də olub. Lominadze Kreml oyunlarını qəbul edə bilməyib. Stalinin xüsusilə də vətəndaş müharibəsində iştirak etmiş yüksək vəzifəli hərbçilərə qarşı sərt münasibəti, Trotskini və onun tərəfdarlarını bir-bir sıradan çıxarması, yenicə başlanmış “böyük təmizlik” və repressiya Lominadzeni ciddi narahat edib. O, nə vaxtsa uğrunda canını belə qurban verməyə hazır olduğu sovet hökumətini bu cür görmək istəməyib.

Onun bütün bu münasibəti, siyasi baxışları Beriya tərəfindən Stalinə olduğu kimi çatdırılıb. Qafqaz ölkəllərinin rəhbəri olmasının bir ayının tamamında Lominadzeni tutduğu vəzifədən kənarlaşdırıblar.
Lominadzeni bu “əməllərinə” görə ən azı sürgün gözləyib. Onu cəzadan Orconikidze xilas edib. Lominadzeyə SSRİ Təchizat Komissarlığında (nazirliyində) kiçik bir vəzifə verilib. Daha sonra o, Moskva maşınqayırma zavodunda partiya təşkilatının katibi kimi fəaliyyətini davam etdirib.

800px-Sergo_Ordzhonikidze_in_Uniform.jpg (62 KB)

Lominadze dəfələrlə Stalinlə görüşmək istəsə də, mümkün olmayıb. Nəhayət, onun məsələsi ilə bağlı Orconikidze Stalinə müraciət edib. Bu müraciətdən sonra Lominadzeni Maqnitoqorsk şəhər partiya komitəsinə katib vəzifəsinə təyin ediblər.

Maqnitoqrosk həyatı Lominadzeyə kommunist cəmiyyətini daha çılpaqlığı ilə göstərib. Tez-tez sıravi insanların arasında olan katib əhalinin xof içində yaşadığnın, günahsız insanların sürgünə göndərilməsinin, güllələnməsinin şahidi olduqca hansı bir iyrənc və dözülməz cəmiyyətdə yaşadığını bir daha anlayıb və şəhər yığıncağlarının birində o, fikirlərini açıq söyləməkdən çəkinməyib. Lominadze olduqca qısa nitqində 19 dəfə Stalinin adını çəkib, onun fəaliyyətini sərt tənqid edib.

Bu çıxış vergül və nöqtəsinə qədər Stalinə çatdırılıb. Lominadze də yaxşı bilib ki, onun çıxışı Kreml kabinetlərində dolaşır və o, bunun nə ilə nəticələnəcəyini də yaxşı anlayıb.

1935-ci ildə 38 yaşlı Lominadze cəlladların qarşısında “günahkar” kimi dayanmamaq üçün işdən evə qayıdarkən xidməti avtomobilində tabel silahı ilə özünə atəş açaraq intihar edib…

İlham Cəmiloğlu, Musavat.com

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button