Maraqlı

Kraliça II Elizabetin son fotosu onun sirrini açdı – “Buna görə həmişə əlcək taxırmış”

Avstraliyalı həkim Deb Koen-Cons İngiltərə mətbuatına təəccüblü açıqlamalar verib.

“Daily Mail” xəbər verir ki, Kraliçanın Balmoral qəsrində Britaniyanın yeni baş naziri Liz Trassı qəbul etdiyi gün çəkdirdiyi şəkli şərh edən həkim II Elizabetin əllərinə diqqət çəkib.

Normalda kameralar və ictimaiyyət qarşısına çıxanda əlcək taxan kraliça bu dəfə “ənənə”yə sadiq qalmayıb. Fotoda onun əllərindəki ləkələr kifayət qədər qabarıq görünür.

Yaşına görə bunun normal olduğunu deyən Deb Koen-Cons başqa bir detala diqqət çəkir: kraliçanın əlindəki qançırlar…

II Elizabet bir müddətdir ictimaiyyət arasında görünmədiyi və adətən əlcək taxdığı üçün bu qançırların nə vaxt yarandığını müəyyən etmək çətindir. Lakin avstraliyalı həkim təkidlə bildirir ki, II Elizabetin Liz Trassla görüşdə zəif görünməsi onun bir neçə gün ərzində öləcəyinə işarə olub.

Kraliçanın “periferik damar” xəstəliyindən əziyyət çəkdiyini düşünən həkim bildirir ki, onun əllərinin görünüşü ürəyinin artıq qanı effektiv şəkildə pompalaya bilmədiyini ortaya qoyur.

“Bu, həm də orqan çatışmazlığının əlamətidir” – deyən Deb Koen-Cons izah edir ki, xəstəlik ağrı, üşütmə, uyuşma, bədənə iynə batırmış kimi hisslər və əzələ yorğunluğu ilə özünü göstərir.

Həkimin sözlərinə görə, kraliça bu xəstəlikdən əziyyət çəkibsə, o, ömrünün son günlərində və ya son həftələrində dözülməz ağrılar çəkib.

Deb Koen-Cons sonda xüsusi vurğulayıb ki, II Elizabet nə qədər əziyyət çəksə də, bunu xalqına və dünyaya bildirməmək üçün əlindən gələni edib:

“O, son ana qədər çox cəsarətli görünməyə çalışdı və buna nail oldu”. (musavat.com)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button