Maraqlı

Leyla Əliyeva övladlığa götürdüyü qızla birgə- Foto

Leyla Əliyeva övladlığa götürdüyü qızla birgə- FotoHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi hesabında yeni foto paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, həmin fotoda prezidentin böyük qızı L.Əliyevanın bir əlindən əkiz oğlanları Əli və Mikayıl, digərindən isə bir qız uşağı tutub.

Həmin qızın bir müddət öncə Leyla Əliyevanın uşaq evindən övladlığa götürdüyü Əminə olduğu deyilir.

Xatırladaq ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov mətbuata müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa uşaq götürdüyünü açıqlamışdı:

“Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button