Maraqlı

Hürrəm sultan hansı krala alt paltarı hədiyyə edib?

Hürrəm sultan hansı krala alt paltarı hədiyyə edib?Osmanlı padşahlarından Qanuni sultan Süleymanın həyat yoldaşı Hürrem sultanın Polşa kralına yazdığı məktub, ölkə başıçısına göndərilən qeyri-adi hədiyyəni də aşkara çıxarıb. ANS PRESS-in məlumatına görə, Hürrəmin krala göndərdiyi hədiyyə boxçasında alt paltarı da olub.
Türkiyədə Baş nazirlik dövlət arxivləri idarəsinin hazırladığı və Türkiyə-Polşa diplomatik münasibətlərinin 600 illiyinə həsr olunan “Yoldakı elçi: Osmanlıdan bu günə Türk-Polyak münasibətləri” adlı kitabın təqdimatı olub. Tədbir münasibəti ilə təşkil olunan sərgidə Qanuni sultan Süleymanın həyat yoldaşı Hürrem sultanın Polşa kralına yazdığı məktub da nümayiş olunub.
Arxiv sənədlərinə görə, kraldan gələn məktuba cavab yazan Hürrem ölkə başçısına xoş diləklərini çatdırır və ona bəzi hədiyyələr də yollayır.
“Bu sevgi yüklü mətub boş getməsin deyə bel bağı ilə birlikdə iki cüt alt tuman-köynək, 6 ədəd əl bezi və 1 ədəd makrame (krujeva) göndərildi. Boxçası ilə qəbul buyurub bizi xoş görəsiniz” – deyə məktubda yazılıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button