Maraqlı

“Putin ad günümdə mənə iyirmi şüşə araq göndərmişdi” – Silvio Berluskoni

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin millət vəkilləri ilə söhbəti səs-küy yaradıb.

“LaPresse” xəbər agentliyinin əldə etdiyi görüşün audioyazısında Berluskoni Rusiya prezidenti Vladimir Putinlə olan əlaqəsindən danışıb. Keçmiş baş nazir Rusiya liderinin onun haqqında “beş ən yaxşı dostum arasında bir nömrəli sənsən” dediyini söyləyib.

“Putin ad günüm münasibətilə mənə iyirmi şüşə araq və məktub göndərmişdi. Mən də buna “Lambrusko” şüşələri (İtaliya çaxırı) və eyni dərəcədə şirin notla qarşılıq verdim. Bu isə Putinlə münasibətlərimizi bir az da bərpa etdi”.

Berluskoni söhbət zamanı Ukrayna savaşına da toxuub: “Rusiya nazirləri dəfələrlə deyiblər ki, biz onlarla müharibə vəziyyətindəyik. Çünki İtaliya Ukraynaya silah və maliyyə yardımı edir. Mən şəxsən öz fikrimi deyə bilmərəm, bu, mətbuata sızsa, fəlakətlə nəticələnəcək”.

Qeyd edək ki, italilalı siyasətçi bundan əvvəl də Putinə hədiyyələr göndərib. O, Kreml rəhbərinə öz simalarının əks olunduğu yorğan örtüyü bağışlayıb.  Seçki kampaniyası zamanı isə Berluskoni Putini müdafiə edərək onun sadəcə olaraq Ukrayna prezidenti Vladimir Zelenskini “layiqli insanlar”la əvəzləmək istədiyini söyləyib.

Günay Rəsulqızı

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button