Maraqlı

“Dedim, bunu etməyəcəm, “Lotu Quli” məni yumruqlamağa başladı” – Qatil məhkəmədə ifadə verdi

Antalyada qətlə yetirilən kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qətlində şübhəli bilinən şəxslərin məhkəməsi keçirilib.

Türkiyə KİV-ləri xəbər verir ki, “Nəzir Əzizoğlu”nun kimliyindən istifadə edən “Lotu Quli”ləqəbli Nadir Səlifov 20 Avqust 2020-ci ildə Serik rayonunda 5 ulduzlu hotelin restoranında yaxın adamlarından biri Xəqan Zeynalov tərəfindən başından tapança ilə vurularaq öldürülüb.

Səlifovun adamlarının cavab atəşi açması nəticəsində yaralanan Xaqan Zeynalov onu gözləyən Əmir Həmidlinin idarə etdiyi kirayə maşını ilə oteldən qaçıb. Hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra xəstəxanaya aparılan Səlifovu həkimlərin bütün müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Antalya İl Təhlükəsizlik Müdirliyi qruplarının araşdırmasında, qısa zamanda Xaqan Zeynalov və Əmir Həmidli yaxalanıb.Antalya Polis Şöbəsinə gətirilən şübhəlilər “qəsdən adam öldürmə” ittihamı ilə həbs olunub. 

Onların işi Bakırköy Respublika Prokurorluğunun göstərişi ilə İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları tərəfindən aparılan araşdırmada hadisənin “Lənkəranski” ləqəbli Rövşən Canıyevin qətlinin qisasını almaq məqsədilə törədildiyi müəyyən edilib.

Qətldə Azərbaycan vətəndaşları Xaqan Zeynalov və Əmir Həmidli və Əli Mövlamlı (29), Camal Həsənov (30), Cəfər Əlizadə (40), Xanımnisə Məmmədova (33), Namiq Canıyev (51), Rəsul Həsənov (30), Ümid Nəcəfov (33),  Cəmil Keleş (46), Erkan Aşan (36) və vəkil Nürsen Arasoğlunun (53) əli olduğu müəyyən edildikdən sonra İstanbul və Ərzurumda əməliyyatlar aparılıb.

Əməliyyatlar zamanı Əli Mövlamlı, Resul Həsənov, Ümid Nəcəfov və Cəmil Keleş, Erkan Aşan və vəkil Nürsen Arasoğlu saxlanılıb. Vəkil Nürsen Arasoğlu məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb, digər şübhəlilər həbs edilib. Camal Həsənov, Cəfər Əlizadə, Xanımnisə Məmmədova və Namiq Canıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bakırköy Respublika Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən hazırlanan ittihamnamədə 2016-cı il avqustun 18-də Beşiktaşda öldürülən “Lənkəranski” ləqəbli azərbaycanlı Rövşən Canıyevin ölümündə “Lotu Quli”nin əli olduğu bildirilir. Hadisədən sonra Rövşən Canıyevin qardaşı Namiq Canıyevin rəhbərliyi ilə Camal Həsənov, Cəfər Əlizadənin və digər şəxslərdən ibarət təşkilat yaradılıb. 

Bu məqsədlə Nadir Səlifova və qardaşına qarşı bir çox sui-qəsd cəhdlərinin qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alındığı bildirilən ittiham aktında qeyd olunub ki, Cəfər Əlizadənin göstərişi əsasında Nadiri öldürmək üçün Xaqan Zeynalova tapşırıq verib. Və bu məqsədlə ona 4 milyon dollar veriləcəyi bildirilib.

“Nadir Səlifov yaxşı müdafiə olunduğuna görə, Xaqan Zeynalov onun yanına yerləşdirilib. Xaqan illər əzrində  Nadir Səlifovun etimadını qazanıb.  Nadir Səlifovun qətli ilə bağlı məsələdə də Əmir Həmidlinin mütəşəkkil cinayətkar təşkilatda hər iki təşkilatın rəhbərliyi altında fəaliyyət göstərdiyi, sözügedən qətldə sürücülük tapşırığını ona təşkilatın əməkdaşı Cəfər tərəfindən həvalə edildiyi bildirilib. Hadisədən 2 gün əvvəl Nadir Səlifovun hoteldə olması barədə Camal Həsənova məlumat verilməsi, Xanımnisə Məmmədova ilə sevgili kimi davranması diqqəti cəlb edib., İttiham aktında təşkilatın digər üzvlərinin də onlara tapşırılan vəzifələri yerinə yetirdiyi ətraflı izah edilib. Bakırköy Ağır Cəza Məhkəməsinə təqdim edilən iddianamədə, araşdırmadan sonra qətlin Antalyanın Serik rayonunda törədildiyi ifadə edilərək, iş Manavgat Ağır Cəza Məhkəməsinə göndərilib”. 

Qətllə bağlı ilk məhkəmə prosesi Manavgat 2-ci Ağır Cəza Məhkəməsində keçirilib. Manavgat Ədliyyəsində geniş təhlükəsizlik tədbirləri görülərkən, saxlanılaraq məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan müttəhimlər İzmir, Tekirdağ, Maltəpə və Ərzurum həbsxanalarından Audio və Video İnformasiya Sistemi (SEGBİS) vasitəsilə məhkəməyə qatılıblar.

İclasda təqsirləndirilən şəxslərin bəzi vəkilləri zalda, bəziləri isə müttəhimlərlə birlikdə SEGBİS platformasında iştirak edib.

İddianamənin tanınması və oxunması zamanı İzmir F Tipi Həbsxanasından məhkəmə iclasına qatılan həbs edilən müttəhim Xaqan Zeynalov təhlükəsizlik səbəbi ilə özünün və ailəsinin ünvan və telefon məlumatlarını paylaşmayıb.

“Lotu Quli” ləqəbli Nadir Səlifovu öldürmədiyini iddia edən Xaqan Zeynalov “Nadir Səlifov mənim yaxın dostum olub. Məni Türkiyəyə özü dəvət etmişdi. Oteldə onun qonağı idim. Artıq İstanbula yola düşürdüm. Onunla aramda bəzi problem yaşandı.  Bu, Nadirin Moskvada olan bir iş adamını oğurlamamı istəməsi idi. Razı olmadım. Ona görə mübahisə etdik.O məni yumruqladı. Otaqda onun 8 nəfər silahlı adamı var idi. Mübahisə edəndə mənə atəş açdılar, özümü qorumağa çalışdım. Silahımı çıxarıb soldan atəş açdım. Nadir sağda idi” .

Xaqan Zeynalov Əmir Həmidli ilə hadisədən əvvəl hoteldə tanış olduqlarını, avqustun 19-da birlikdə İstanbula getməyə razılaşdıqlarını və silahlı münaqişə səbəbindən hoteldən qaçaraq Əmirin maşınına mindiyini bildirib.

Xaqan Zeynalov “Nadir Səlifovu öldürmək üçün 4 milyon dollar aldığım iddiası böhtandır. Nadir mənim yaxın dostumdur. Nadiri güllələyən mən deyiləm. Polis məni hədələyir. Mənim yanımda vəklilim yox idi. Ona görə də ilkin ifadəni qəbul etməli oldum”,- deyib.

Xaqan Zeynalov avtomobillə hotelin qarşısından qaçırdığı iddia edilən saxlanılan təqsirləndirilən şəxslərdən Əmir Həmidli də ona qarşı irəli sürülən ittihamları rədd edib.

Hadisədən əvvəl Əli Mövlamlı, Rəsul Həsənov və Xanımnisə Məmmədova ilə Türkiyəyə istirahətə gəldiklərini açıqlayan Əmir Həmidli deyib:

“Xanimnisə Məmmədova eskort qadındır. Onun Camal Həsənovla əvvəllər münasibətindən xəbərim yoxdur. Türkiyədə birlikdə istirahət etmək üçün 500 dollara razılaşdım. Əvvəlcə İstanbulda bir dostumuzun evində qaldıq. Sonra Antalyaya gəldik. Xaqan avqustun 19-da İstanbula gedəcəyimi bildirdi və bizə birlikdə getməyi təklif etdi.Qəbul etdim. Yeri gəlmişkən, Xanmnisə Məmmədova mənim bəzi davranışlarıma qarışdığından onunla mübahisə edib, pulunu verib göndərmişəm. Bu hadisə baş verən gecə mən Xaqanı götürməyə gəldim, Xaqan qaçaraq gəldi ki, “Nadirlə mübahisə etdik. Sür, məni öldürəcəklər” dedi. Antalyanın çıxışında yanacaqdoldurma məntəqəsində saxladıq, yaralı idi, kürəyindən qan axırdı. Xəstəxanaya gedək dedim, rədd etdi. Polis bizi Dənizlidə yaxaladı”.

Prosesdə digər təqsirləndirilən şəxslər də ittihamları rədd ediblər. Təqsirləndirilən şəxslərin vəkillərinin müdafiəsindən sonra məhkəmə kollegiyası saxlanılan müttəhimlərdən biri Cəmil Keleşin azadlığa buraxılması, digərlərinin isə həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verib və iclası təxirə salıb.

unikal.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button