Köhnə “Moskviç”lə şəhəri bir-birinə qatan avtoxuliqan belə yaxalandı – ANBAAN VİDEO

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Eldar Şükürovun saxta dövlət qeydiyyat nişanı ilə idarə etdiyi “Moskviç” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.
Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü 20 sutka inzibati qaydada həbs edilib.
Sürücünün avtoxuliqanlıq etdiyi görüntüləri təqdim edirik:
Salam, çox maraglı bir videodu, polis avtoxuliqanı govur…Şükürlər olsun ölən itən olmayıb, amma məncə belə govagovla daha pis fəsadlar ola bilərdi. Məncə YP xidmətinə daha fərqli bir yanaşma düşünmək lazımdır