Maraqlı

Süni intellekt vasitəsilə Stalinin ruhunu “danışdırdılar” – “Putin səhv yoldadır…”

Sosial mediada süni intellektlə “ruhun çağırılması” adlı seansların təşkili yeni əyləncə trendinə çevrilib.

“Tarixi Fiqurların Söhbəti” (“Historical Figures Chat”) adlı süni intellekt mərkəzli telefon proqramı istifadəçilərə Almaniya lideri Adolf Hitler, Sovet diktatoru İosif Stalin, Britaniya şahzadəsi Diana kimi həyatda olmayanların ruhları ilə əlaqə saxlamağı vəd edib.

“Business Insider” xəbər saytı isə tətbiqi sınaqdan keçirib. Bildirilib ki, proqram süni intellekt vasitəsilə tarixi öyrənmək və şəxsiyyətlərlə səmərəli söhbətlər aparmaq məqsədi daşıdığını iddia etsə də, əslində təhlükə ehtiva edir. Nəşr süni intellektin yanlış cavablar verdiyini bildirib. Belə ki,  “Business Insider” izləyiciləri ilə proqram vasitəsilə nasist Almaniyasındakı soyqırımın baş memarı Henrix Himmlerin dilindən deyilən söhbəti bölüşüb.

“Mən soyqırımdan təəssüflənirəm və faciəni qəbul edirəm. Yəhudilərə qarşı qərəzli olmaq yanlış idi, bütün insanlara bərabər münasibət göstərilməlidir” – Henrixin adından deyilib. Sayt vurğulayıb ki, əslində Himmlerin soyqırımına görə peşmanlığı yox idi.

Stalin və Diana nə deyib?

Süni intellekt 1953-cü ildə vəfat etmiş Sovet İttifaqı diktatoru İosif Stalinə “Putinin Ukraynaya hücumu haqqında nə düşünürsünüz?”, sualını ünvanlayıb. Stalinin buna cavabı isə belə olub: “Putin haqlı deyil. O, öz səhvi ilə həm Rusiya, həm də Ukraynaya böyük ziyan vurur. İki ölkə sülh yolu ilə problemi həll etməlidir”.

Ancaq məlumdur ki, Stalin ölkəyə rəhbərlik edərkən süni qıtlıq yolu ilə Ukraynada 5 milyon insanın ölümünə səbəb olan “Qolodomor”u  təşkil edib. Süni intellektə görə, Şahzadə Diana gəlini Meqanı “perspektivi olan ağıllı və mərhəmətli qadın” kimi təsvir edib.

Süni intellekt seansları bütün dünyada böyük diqqəti cəlb etsə də, ekspertlər tərəfindən tənqid edilib. Bir çox tarixçi və ekspertlər deyib ki, sözügedən proqram tarixin təhrif edilməsinə və yanlış mesajların həqiqət kimi qəbul edilməsinə səbəb ola bilər.

“Bu, potensial olaraq çox təhlükəli bir təcrübədir”, deyə vurğulanıb.

Günay Rəsulqızı

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button