Ayrılıq bu bürcləri MƏHV EDİR – Onlar uzun müddət özlərini toplaya BİLMİRLƏR

Ayrıldıqdan sonra keçmiş sevgilini unutmaq üçün bir az vaxt lazımdır. Bəzi insanlar üçün isə bu müddət əsl işgəncəyə çevrilir. Onlar ağır depressiyalar keçirirlər. Hətta bu müddət ərzində xəstəlik tapanlar belə olur. Astrologiyaya görə də ayrılıq sonrasını çox ağır keçirən bürclər var. Xüsusilə 4 bürcün ayrılıq acısı uzun müddət, hətta ilərlə də çəkə bilir.
Savash.org həmin bürcləri təqdim edir:
XƏRÇƏNG
Həssas və emosional Xərçənglər partnyorunu əllərində saxlamaq üçün hər şeyi edirlər.Lakin hər kəs bu qədər böyük sevgini layiqincə qiymətləndirə bilmir. Buna görə də, ən çox tərk edilən bürclərdən biri, hətta birincisi xərçəng bürcüdür.Onlar sevdikləri insanı həyatlarının mərkəzinə qoyduqları üçün ayrılıq onları sözün əsl mənasında məhv edir. Uzun müddət özlərinə gələ bilmirlər.
QIZ
Qız bürcü üçün sevgili tapmaq həmişə asan olmur. Onlar işlərinə çox bağlı olduqları üçün sevgili onlara görə ikinci plandadır. Lakin Qız bürcü insanları sevgisini tapdığını düşünürsə, bu əlaqəni qorumaq üçün hər şeyi edəcək. Münasibətlər pozulursa, Qız bürcünün həyatında böyük bir boşluq yaranacaq. Yaralarını sağaltmaları uzun zaman alacaq. Onlar eşq acısını özlərini işə həsr etməklə unutmağa çalışacaqlar.
TƏRƏZİ
Tərəzi bürcü altında doğulanlar həyatlarının hər sahəsində tarazlığı sevirlər. Sevgi məsələləri də buna daxildir. Ayrılıq onlar üçün balansın pozulması deməkdir. Tərəzi bürcü insanları yenidən bu balansı tənzimləyəcək sevgilini tapana qədər köhnə sevgilisi üçün uzun müddət darıxacaqlar. Tərəzilər yeni sevgiliyə də öyrəşməkdə çətinlik çəkirlər. Onu köhnə sevgili ilə müqayisə edib darıxırlar.
OĞLAQ
Oğlaqlar sabit fikirlidir. Oğlaq bürcü insanları sevdiklərinə sadiq qalırlar. Bu səbəbdən də ayrılma qərarını vermək və ondan sonrakı müddət Oğlaqlar üçün çox çətindir.
Çağatay