Maraqlı

Putinin ən sevimli avtomobili: “Zaporojets\” – FOTO

Putinin ən sevimli avtomobili: “Zaporojets" - FOTOMaşın həvəskarı olan prezidentlər sırasında Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putinin adını da görmək olar. Vladimir Putinin ilk avtomobili “Japorojeç” “Japorojeç” olub.

İlk avtomobili Putinə anası tərəfindən hədiyyə edilib. Belə ki, Putin universitetin 3-cü kursunda oxuyarkən anasının aldığı lotereyadan “Japorojeç” markalı avtomobil uduşu çıxır, anası isə avtomobili Putinə hədiyyə edir.

Vladimir Putinin qarajında olan ən məşhur maşınlardan biri yerli istehsal olan “QAZ 21” avtomobilidir. Bu maşın barədə ictimaiyyət ilk dəfə 2005-ci ildə, ABŞ prezidenti Corc Buşu öz iqamətgahına apararkən xəbər tutub. İki ölkə prezidenti “QAZ 21”də şəkil çəkdirmələri medianın marağına səbəb olub.

Qeyd etmək lazımdır ki, 1956-cı il buraxılışı olan bu avtomobildə əsaslı dəyişiklik edilmişdir. ABŞ prezidentinin bu klassik avtomobili rahat idarə edə bilməsi üçün maşının mexaniki sürət qutusu avtomatik sürət qutusu ilə əvəz edilib.

Putinin sevimli avtomobillərindən biri də az saylı buraxılışla istehsal olunmuş VAZ 2121 Niva – Vaşaq maşınıdır. Bu avtomobilə modelinin digər avtomobilləri ilə müqayisədə xeyli fərqlənir.

Vladimir Putinin əsas xidməti avtomobili zirehli Mercedes-Benz S600 Pullman Guard avtomobilidir. Bu maşın S 600 sedanının bazasında yaradılıb. Adi versiyası ilə müqayisədə təkər bazası 4,31 metr uzadılıb. Şübhəsiz ki, avtomobil bütün təhlükəsizlik standartlarına cavab verir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button