Osmanlının sonunu gətirən Gertrude Bell kimdir? – Ərəblərin “mənəvi ana” dedikləri ingilis casusunun həyat hekayəsi

Osmanlı imperiyası mövcud olduğu 623 il ərzində daxili və xarici düşmənlərlə mübarizə aparıb. İmperiyanın parçalanmasının pərdəarxasında duran ən müəmmalı adlardan biri isə britaniyalı alim və agent, ərəblərin bu gün belə özləri üçün mənəvi ana hesab etdikləri Gertrude Belldir.
Savash.org Gertrude Bellə bağlı maraqlı faktları təqdim edir.
İngilis casusu Gertrude Marqaret Bell 1868-ci il Durham şəhərində imtiyazlı ailədə anadan olub.
Bellin ailəsi qatı mühafizəkar olduğu üçün ilk təhsilini dayələrin və təlimçilərin nəzarəti altında Britaniya ənənələri üzrə alıb. Dövrün şərtlərinə görə, qadınlar universitetə getmir, qalan təhsilini evdə başa vururdu. Lakin güclü iradəyə və prinsipial mövqeyə sahib olan Bell ailəsini universitetə getməsi üçün razı salır və Oksford Universitetinin ilk qadın tələbəsi olur. Dinə və Allaha olan inamsızlığına baxmayaraq, Bell ömrünün sonuna qədər Britaniya ənənələrinə və Kraliçaya sadiq qalıb.
Məzun olduqdan sonra Bell əvvəlcə Avropaya, sonra isə Yaxın Şərqə yola düşüb. 1897-1903-cü illər arasında iki dəfə dünya turuna çıxıb. Qüds səfərindən sonra ərəb dünyasına böyük maraq göstərməyə başlayıb.
O zaman yazdığı xatirələrlə qısa zamanda populyarlıq qazanan Bell “İraqın tacsız kraliçası” adlandırılıb.
Birinci Dünya Müharibəsi başlayanda Britaniya hökuməti Bellin ərəb dünyasındakı nüfuzundan yararlanmağa çalışıb və Bell ingilis casusu kimi Yaxın Şərqə göndərilib. Onun missiyası ərəbləri Osmanlıya qarşı təhrik etmək və üsyana başlamaq idi.
Lakin həmin vaxtlar həyatının ən kədərli xəbərini aldı. Belə ki, o, nişanlısını Gelibolu müharibəsi zamanı itirir. Bu hadisə onun həyatında çox dərin iz buraxır.
Gertrude Bell üçün artıq məsələ sadəcə dövləti üçün casusluq deyildi, o, Osmanlı imperiyasından sevdiyi adamın qisasını da alacaqdı.
1915-ci ildə Osmanlı İmperatorluğuna qarşı üsyana başlamaq üçün göndərildiyi Qahirədə tanış olduğu ABŞ agenti T.E.Laurenslə ortaqlığa başlayır.
Üsyanın hər təfərrüatını təyin edən Bell I Dünya Müharibəsinin sonunda Osmanlı İmperatorluğunun Yaxın Şərq torpaqlarından qovulmasını təmin etdi.
Müharibədən sonra həyatını Ərəbistanda davam etdirərkən İraqın idarəçiliyində də əsas fiqur oldu.
Gərgin diplomatiya nəticəsində Bell İngiltərə hökumətini dostu Faysalın İraqda kral olması üçün referendum keçirməyə razı sala bilir. Keçirilən referendumda Faysal 96 faiz səs toplayaraq İraqın kralı olur.
Bellin səylərinə laqeyd qalmayan Kral Faysal onu İraq Kral müşaviri təyin edir.
Faysalın müşaviri olaraq işə başlayan Bell İraqın ticarəti, xarici siyasəti və nazirlər şurasının qərarlarına qədər bütün işlərə müdaxilə edir. Hətta Bell kral Faysaldan sonra ikinci ən təsirli ad olaraq ön plana çıxır. Kral Faysal onu “əl-Xatun” adlandırır.
Yalnızlıq və pisləşən səhhətdən qaynaqlanan depressiya səbəbindən Bell 12 iyul 1926-cı ildə həddindən artıq dozada yuxu dərmanı qəbul edərək intihar edib. Onun dəfnində minlərlə insan, xüsusilə İraq kralı iştirak edib. Belldən geriyə qalan isə qan gölünə çevirdiyi Yaxın Şərq olur.
Gertrude Bellin həyatı 2015-ci ildə çəkilmiş “Səhra Kraliçası” filminin mövzusu olub. Baş rolunda Nikol Kidmanın oynadığı film Gertrude Bellin həyatının naməlum tərəflərinə fokuslanır.
Aynur
Savash.az
Ərəblərdən onu “mənəvi ana” ları elə o qadın kimi kafir olan ərəblər adlandırar. Kral kimi. Yoxsa dini dəyərlərə sahib birisi belə bir söz söyləməz. Başlıq yazanda doğru başlıq yazın. Bütün ərəbləri bura daxil etməyin.