Maraqlı

Həyatınızı cəhənnəmə çevirəcəklər! – Rədd edilməyi həzm edə bilməyən 6 BÜRC

Sevdiyi insan tərəfindən rədd edilmək heç kəsə xoş deyil. Lakin bəzi insanlar eşq və sevgilərinin rədd edilməsini faciə kimi qəbul edirlər. Bu durumu heç cür həzm edə bilmirlər. Kinlənirlər və hətta intiqam almağa belə çalışırlar.

Astrologiyaya görə belə insanlar ən çox 6 bürc altında dünyaya gəlirlər.

Savash.org həmin bürcləri təqdim edir:

XƏRÇƏNG

Xərçəng həssas və emosional bürcdür. Onlar sevgilərinin rədd edilməsini heç cür qəbul edə bilmirlər. Təhqir edilmiş hesab edirlər, kinlənirlər və mənən çökürlər. Uzun müddət əziyyət çəkirlər. Özlərini topladıqdan sonra heyfini çıxmağa çalışırlar.

ƏQRƏB

Əqrəblər də rədd edilməyi qəbul edə bilmirlər. Onlar rədd edildikdə çox qəzəbli və təhlükəli olurlar. Əqrəb bürcündən olan insanlar bu anlarda əsəblərini idarə edə bilmirlər, intiqam almağa çalışırlar.

BALIQLAR

Balıqlar çox həssasdır. Onlar sevdikləri insana dərindən bağlanırlar. Rədd edilmə onlar üçün məhvə bərabərdir. Uzun müddət özlərinə gələ bilmirlər. Balıqlar bürca altında doğulan insanlar da bir müddətdən sonra kinlənirlər və heç vaxt unutmurlar.

ŞİR

Şirlər özlərinə çox güvənirlər. Ancaq şir bürcü insanları da rədd edilmək məsələsində həssasdırlar. Rədd edilmək onların güvənini sarsıda bilər. Güvəni qırılmış Şir bürcü insanları təhlükəli olurlar.

QOÇ

Onlar güclü və iddialıdır. Rədd edilən Qoç bürcü insanları əsəbiləşirlər. Bunu özlərinə təhqir olaraq qəbul edən Qoçlar qarşı tərəfə həyatı zindan edirlər. Kinləri onları rahat buraxmır, mütləq intiqam alırlar.

BUĞA

Buğalar səbirli və inadçıdırlar. Rədd edilmək onlar üçün də qəbuledilməzdir. Buğa bürcü altında doğulan insanlar rədd edildikdə də əl çəkmirlər.Qarşı tərəfin inadını qırmağa və özlərinə tabe etməyə çalışırlar.

Qız, Oxatan, Dolça, Əkizlər, Oğlaq və Tərəzi rədd edilməyi faciə kimi qəbul etmirlər, hisslərlə yox, ağılla düşünüb həyatlarına davam edirlər.

Çağatay

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button