Maraqlı

Bəşəriyyətin yalnız bir dəfə şahidi olduğu MARAQLI HADİSƏLƏR

Elə hadisələr var ki, onlara bəşəriyyət yalnız bircə dəfə şahid olub.

Savash.org tarixin həmin ilginc hadisələrindən bəzilərini oxucularının diqqətinə çatdırır.

  1. Missisipi çayının tərsinə axması

ABŞ ərazisində yerləşən çay 2012-ci ildə İsaak qasırğasından sonra 24 saat geriyə axıb. Bununla da çay normadan 3 metr çox yüksəkliyə çatıb.

  1. Amerika sularında qeydə alınan nəhəng kalamar

Əsasən Asiyada rast gəlinən bu balıq növü dənizdəki canlılar tərəfindən aşkarlana bilməyən xüsusi kamera sistemi sayəsində Amerikada 750 metr suyun dərinliyində, 120 saatdan çox müddətdə görüntülənib.

  1. Tunquska hadisəsi

1908-ci ildə Tunquska çayı yaxınlığında baş verən partlayışla bağlı bəzi nəzəriyyələr atmosferə nüfuz edən və yer səthinə çatmamış partlayan meteoritdən qaynaqlanır. Alimlər bu partlayışın 185 atom bombası partlayışına bərabər olduğunu deyirlər. Zərbə nəticəsində bu ərazidəki bütün heyvanlar tələf olub, bitkilər yanıb. O vaxtdan bəri ərazidə heç bir bitki bitməyib.

  1. Karrinqton hadisəsi

1859-cu ildə baş verən hadisə tarixin ən böyük günəş fırtınası hesab olunur. Hadisənin baş verdiyi gecə  səma qırmızı, yaşıl və bənövşəyi parıltılarla örtülmüşdür. Maqnit sahəsindəki işıq eyni anda bir çox bölgədən görünüb.

  1. Urana yaxınlaşma

1986-cı ildə Voyager 2 kosmik aparatı sayəsində NASA ilk dəfə günəş sisteminin ən soyuq planeti olan Urana yaxınlaşa bilib.

  1. Toba vulkanı

77.000 il əvvəl baş verən Toba vulkanı nəticəsində atmosferə daxil olan kül və kükürd qazı günəş işığını kəsib və yer üzündə həyatı qeyri-mümkün edib. Bir çox canlının həyatını itirdiyi bu partlayışda insan sayı əhəmiyyətli dərəcə azalıb. O vaxtdan bəri Sumatra adasındakı Toba gölü dünyanın ən böyük krater gölü olub.

  1. Qərb kometası

Qərb kometası 1976-cı ildə Günəş sistemindən keçən və iz buraxan ən parlaq kometlərdən biridir. Ulduzun Veneradan da parlaq olduğu deyilir.

  1. Çiçək xəstəliyi:

Tarixdə məlum olan ən ölümcül xəstəliklərdən biri olan çiçək xəstəliyi tamamilə aradan qaldırılmış yeganə xəstəlikdir. Xəstəliyin müalicəsi tapılana qədər bir çox insanın ölümünə səbəb olub. Müəyyən edilib ki, mal-qara ilə işləyən kənd sakinləri xəstəliyi yüngül keçiriblər. Bundan sonra sağlam insanlar da özlərini qəsdən virusa yoluxdurublar və bununla da bədəndə xəstəliyə qarşı immunitet formalaşdırıblar. Sonradan bu təcrübənin əsasında vaksin hazırlanıb.

  1. 1518-ci il rəqs vəbası

Frau Troffea adlı qadın heç kimin eşitmədiyi mahnının sədaları altında rəqs etməyə başlayandan sonra bir çox insan onu müşayiət etməyə başlayıb. Təxminən 400 nəfəri əhatə edən qrup ayaqları qanayana qədər rəqs edib.

(Kiçik qeyd: Bu insanların çoxu ürək tutmasından və yorğunluqdan dünyasını dəyişib).

Çağatay

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button