Maraqlı

Heç nə gizli qalmır… – Bürclər XƏYANƏTƏ necə REAKSİYA VERİR?

Hansı bürc xəyanətə necə reaksiya Həyatda heç bir şey gizli qalmır. Elə xəyanət də.  Sevgi münasibətlərində xəyanət dedikdə ağıla ilk gələn kişilər olsa da, xəyanətə baş vuran qadınlar da az deyil. Deməli, xəyanət etmək cinslərlə yox, insan şəxsiyyəti ilə əlaqəli olan bir şeydir. Xəyanətə isə hər insan bir cür rekasiya verir. Ümumiləşdirmələr doğru olmasa da, astrologiyaya görə hər bürc xəyanətə bir yolla cavab verir və ya səssiz qalır. Belə ki, kimisi intiqam alır, kimisi zmana buraxır, kimisi isə el-aləm içində biabır edir…

 Savash.org bürclərin xəyanətə uğradığı zaman verdiyi reaksiyaları təqdim edir:

QOÇ

Hər şeyi nəzarətdə saxladığını düşünən Qoç bürcü insanlarının xəyanətə uğraması onlar üçün çox böyük zərbədir. Onlar bu duruma öncə çox təəccüblənirlər və bu təəccüblərini gizlətməyi də bacarmırlar. Çünki Qoç bürcü insanlarına görə onlar dörd dörtlükdür, mükəmməldir və heç vaxt xəyanətə uğraya bilməzlər, Əks davranış isə yalnız qarşı tərəfin ağılsızlığından qaynaqlana bilər. Qoçlar xəyanəti sevgililərinin və ya həyat yoldaşlarının öz ağzından eşidəndə nisbətən mülayim davrana bilirlər. Xəyanətdən sonra münasibətə davam edə bilərlər, ancaq bu zaman heç nə əvvəlki kimi olmur. Şübhəçi olurlar, qarşı tərəfin hər addımını sorğulayırlar, sərt qadağalar qoyurlar. Hər vasitə ilə intiqam almaq onlar üçün prioritet olur. Ürəklərinin dərinliklərində dəhşətli əzab çəkirlər, ağlayırlar, həyatı həm özlərinə, həm də qarşı tərəfə zəhər edirlər. Bir müddət sonra isə artıq münasibətə davam etməyin mümkünsüz olduğunu anlayaraq ayrılıq yolunu seçirlər.

BUĞA

Xəyanət Buğa bürcü insanlarını özlərindən çıxarır. Hirslərini ağlayaraq çıxarmağa çalışırlar.Buğalar xəyanəti heç vaxt bağışlamırlar. Lakin gizli də saxlamırlar. Onlar qarşı tərəfin xəyanətini aləmə car çəkirlər və bununla da intiqam aldıqlarını düşünürlər. Xəyanətə uğradığını bilən Buğa bürcü insanları sakitdirlərsə,  bilin ki, bu, fırtınadan öncəki səssizlikdir. Çünki onların nifrəti, kini heç vaxt bitib-tükənmir.Onlar heç vaxt heç nəyi unutmurlar. Özlərini bir az toplayıb qarşı tərəfi tamamilə məhv etmək üçün intiqam planları qurmağa başlayırlar.

ƏKİZLƏR

Əkizlər bürcü xəyanətə uğradığını biləndə dərhal sərt reaksiya vermir, qarşı tərəfi sorğu-suala tutmağa başlayır. Sonra əzab çəkir. Əkizlər bürcü hislərində olduğu kimi, bu məsələdə də tarazlığı itirir. Danışıq əsnasında normal davransa da, qəfildən əhvalı dəyişir, aqressivləşir, qışqırmağa başlayır. Əkizlər bürcü insanları bir müddətdən sonra onlara xəyanət edən sevgililərinə və ya həyat yoldaşlarına heyranlıq duymağa başlayırlar. Onları özləri ilə müqayisə edir və üstünlüyü qarşı tərəfə verirlər. Əkizlər dostlarının köməyi ilə depressiyadan çıxırlar. Əkizlər bürcü insanları digər bürclərə nisbətən xəyanəti ən sakit qarşılayan bürcdür.

XƏRÇƏNG

Xərçəng bürcü insanları qarşı tərəfi aldatdığına da, ayrıldığına da peşman edirlər. Onlar xəyanəti hər yerdə və hamıya danışırlar. Qarşı tərəfi biabır etməyi qarşılarına məqsəd qoyurlar. Çox aşiq olduqlarına görə gözlərinin yaşı qurumur. Xəyanətdən sonra belə ayrılmırlar. Xəyanət edən həyat yoldaşını, sevgilini bağışlayırlar, ancaq heç vaxt umutmurlar. Hər fürsətdə baş qaxıncı edirlər. Qarşı tərəf xəyanətdən sonra üstəlik tərk də edirsə, Xərçənglər dərin depressiyaya düşür və uzun müddət özlərini  toplaya bilmirlər.

ŞİR

Xəyanətə uğramaq Şir  bürcü altında doğulan insanlar üçün məhvə bərabərdir. Heç vaxt zəif görə bilməyəcəyiniz Şir bürcü insanlarını xəyanət bərbad hala salır. Çünki onlar qarşı tərəfə çox aşiq olur və çox güvənirlər. Lakin qürur onlar üçün əsasdır. Heç vaxt özlərini əzdirmirlər. Qarşı tərəfi heç vaxt bağışlamırlar, onlar üçün xəyanətin geri dönüşü yoxdur.  Özlərini çox günahlandırırlar, lakin xəyanətkara qarşı qürurdan divar hörməyi də bacarırlar. Xəyanətə uğrayan Şirlərin ürəyində sevginin yerini eşq əzabı alır. Artıq hər kəsə qarşı qalxanları olur. Uzun müddət heç kəsə güvənmirlər. Yaşadıqları hadisədən ağır da olsa, dərs alırlar. Ümumiyyətlə, hər  fəlakət Şir bürcləri üçün həyat dərsidir. Böhran dövrünü ötürməyi bacaran Şir bürcü insanı üçün heç nə əvvəlki kimi olmur. Onlar intiqam almır, yoxluğu ilə cəzalandırır.

QIZ

Qız bürcü insanları qarşı tərəfdən xəyanət gördükdə, özlərində səhv axtarmaqdansa, etdikləri seçimlərin bu vəziyyətə səbəb olduğunu düşünürlər. Əslində Qız bürclərini aldatmaq asan deyil. Qız bürcü insanları detalları yaxşı analiz etməyi, xəyanəti əvvəlcədən görməyi bacarır. Bu zaman ya xəyanətə uğramamaq üçün sədd çəkir, ya da axarına buraxır. Qız bürcü xəyanətə uğrayıbsa, mütləqdir ki, özü buna göz yumub.  Xəyanətdən sonra psixoloji cəhətdən çökmüş Qız bürcü insaları  ailəsi və dostlarının köməyi ilə özlərini toplaya bilirlər. Onlar xəyanətkarın adını eşidib, üzünü görmək istəməsələr də, xəyanət anına qədərki vaxtda bütün olanları detallarına qədər bilmək istəyirlər. Münasibətlərini nəzərdən keçirib nəyin onu bu duruma gətirdiyini düşünürlər.Qız bürcü intiqamını qarşı tərəfi yorulmadan, usanmadan tənqid etməklə alır.

TƏRƏZİ

Tərəzilər xəyanətə uğrayanda panikaya düşürlər və ilk başlarda nə edəcəklərini bilmirlər. Tərəzilərin qışqırmaq, ağlamaq, haqq-hesab çürütmək üçün bir neçə dəqiqəyə ehtiyacları var. Bir-neçə gün nə edəcəyini planlayan Tərəzi bürcü insanları sonradan intiqam almaq üçün bütün güclərini toplayırlar. Gücünü toplayan Tərəzi bürcü insanı hər şeyə qadirdir. Onlar ya adekvat, ya da başqa bir yolla mütləq intiqam alacaqdır. Özlərindən çox əmin olan Tərəzilər  qarşı tərəfin yazıq olduğunu düşünürlər. Çünki Tərəzilərə görə onları itirən insana ancaq yazığı gəlmək olar.

ƏQRƏB

Heç vaxt günahı özündə axtarmayan Əqrəblər xəyanəti cavabsız qoymurlar. Adekvat cavab verirlər. Xəyanətə uğradığını öyrənən Əqrəb tufan qoparır. Onlar çox əzab çəkirlər, və qarşı tərəfin də özləri kimi əzab çəkməsini istəyirlər. Bunun üçün bütün vaxtını ayıran Əqrəb bürcü insanları istədiklərinə nail olurlar.Kinləri və hirsləri bununla da bitmir, onlar da Xərçənglər kimi qarşı tərəfin xəyanətini hər yerdə danışıb onları rüsvay edirlər.  Əqrəblər ədalət gözləmirlər, özləri öz ədalətlərini təmin edirlər. Xəyanətə uğrayan Əqrəb bürcü insanı isə atom bombası kimi təhlükəlidir.

OXATAN

Oxatanlar azadlıqlarına çox düşgündürlər. Onlar özləri flirt etməyi sevsələr də, sevgililərinin və ya həyat yoldaşlarının xəyanətini heç vaxt bağışlmırlar. Xəyanətə uğradıqlarını biləndə düşmən olmurlar.  Lakin qarşı tərəf Oxatanlara nəinki özlərini bağışlatdırmağa çalışmaq, heç danışmağa belə razı sala bilmirlər. Onlar xəyanət edəni düşünmədən silirlər. Xəyanətə görə günahı özlərində axtarırlar. Xəyanət onların həyatını tamamilə dəyişir. Qisas almaq üçün tələsmirlər, künclərinə çəkilib, özlərini sağaltmağı seçirlər və hər şeyin bir zamanı olduğuna inanırlar.

OĞLAQ

Xəyanəti  həzm edə bilməyən Oğlaq bürcü insanları xəyanətkarı təhqir etməkdən çəkinmirlər. Onlar özlərinə çox yüksək dəyər verdiklərinə görə, xəyanəti öz şəxslərinə təhqir olaraq qəbul edirlər. Özlərinə qapanırlar. Bir daha həmin insanla görüşmək istəmirlər.Xəyanət edən sevgilini və ya həyat yoldaşını hər yerdə təhqir edir və aşağılayırlar. Onlar qətiyyən özlərində günah görmürlər. Oğlaqlar xəyanətdən sonra bir müddət hamıdan və hər şeydən kənarlaşırlar. Özlərini topladıqdan sonra yeni eşqlərə açıq olurlar. Onlara görə Oğlağı itirən özü uduzmuşdur.

DOLÇA

Xəyanət Dolçaları ağır depressiyaya salır.Artıq heç kimə etibar etmirlər. Təbiətən şox sosial olan Dolça bürcü insanları özlərinə qapanırlar. Məntiqi əsas götürərək  həyatlarına heç kimi qəbul etmirlər. İş dəyişdirmək və ya yaşadıqları evdən köçməklə özlərini  bərpa etməyə çalışırlar. Dolça bürcü insanları hər şey kimi xəyanət acısının da zamanla keçəcəyini  bildikləri üçün öz dünyalarına çəkilirlər. Nə qədər qəribə görünsə də, onlar depressiya dövrünü fəstfud yeməklə keçirirlər. Bir neçə günü yemək və ağlamaqla keçirən Dolçalar özlərini yeniləyib sosial olduqları günlərə geri dönürlər.

BALIQLAR

Hisslərin idarə etdiyi Balıqlar bürcü insanları xəyanətə uğradıqda onlarda hisslərdən əsər-əlamət belə qalmır. Qəddarlaşırlar. Hər vasitə ilə xəyanətkardan intiqam almağa çalışırlar. Əgər siz Balıqlar bürcündən olan birinə xəyanət etmisinizsə və hər hansısa bir işiniz düz getmirsə, bilin ki, bunun səbəbi xəyanət etdiyiniz Balıqlar bürcü insanıdır. Balıqlar bürcündən olan insanlar sakitdirlər, sülhü sevirlər, ancaq ona xəyanət etsəniz sizə müharibənin ən acı taleyini yaşadacaqlar.

Çağatay

 

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button