Maraqlı

Onlar əks cinsi özlərinə “kölə” edirlər! –  Kişilərin ən çox aşiq olduqları QADINLARIN BÜRCLƏRİ

Qadınların hansı tip kişilərə aşiq olması ilə bağlı oxucularımıza yazı tədim etmişdik. Bu gün kişilərin necə qadınları sevdiklərindən bəhs edəcəyik. Hər qadın gözəldir, hər qadın hansısa bir xüsusiyyəti ilə mütləq kişilərin diqqətini çəkir. Lakin bəzi qadınlar əks cinsi daha çox cəzb edir, hətta bir müddətdən sonra onları öz kölələrinə çevirirlər… Astrologiyaya görə belə qadınlar əsasən 5 bürc altında doğulurlar.

Savash.org həmin bürcləri təqdim edir:

ƏQRƏB

Əqrəb bürcü qadınları sirli davranışları ilə kişilərin diqqətini özlərinə çəkməyi əla bacarırlar. Onlar əks cinsə əvvəlcə soyuq davransalar da, sonradan hər şey dəyişir. Aşiq Əqrəb qadını üçün sevdiyi adamı özünə bağlamaq heç də çətin deyil. Onlar əks cinsi əsasən seksual fantaziyaları ilə özlərinə bağlamağı bacarırlar. Əqrəblər yataqda möhtəşəm performans göstərirlər. Onlar sevdikləri insana həm də yaxşı dost və çətin gündə dayaqdırlar.

ŞİR

Özgüvəni, seksual görünüşü, davranışı və danışıq tərzi ilə seçilən Şir bürcü qadınları girdikləri hər məkanda kişilərin diqqətini özlərinə çəkə bilirlər. Şirlər bunun üçün xüsusi səy göstərmirlər. Bu onların anadangəlmə xüsusiyyətidir. Onlar da Əqrəblər kimi seksdə möhtəşəmdir və sərhədləri yoxdur. Şir bürcü qadınları çətin əldə olunduqlarına görə də kişilərin maraq dairəsindədir. Bahalı və kübar zövqləri olan Şir bürcü qadını hər xoş sözə aldanmır. Bu da kişilərin onları qazanmaq inadını və əzmkarlığını daha da artırır. Şir bürcü qadınları qayğıkeş və ailəcanlı olmaları ilə də əks cinsin favoritidir.

QOÇ

Qoç bürcü qadınları kişilərin diqqətini daha çox qeyri-adi davranışları ilə çəkirlər. Özündən əmin olan bu qadınlar kişiləri özlərinə cəzb etməkdə ustadırlar. Kişilərin onları əldə etməsindən çox, onlar özləri kişiləri əldə edirlər. Yataqda fantaziyaları geniş olan Qoç bürcü qadınları əks cinsi özlərinə bağlamağı əla bacarırlar. Qoçlar ailəyə bağlı olsalar da, tam tabe olmurlar. Mütləq itaət onlar üçün deyil. Bu da macəra sevən əks cins nümayəndələrini bu qadınlara daha çox aludə edir.

BUĞA

Fərqli zövqləri, seksə düşkünlükləri, mükəmməl damaq dadları olan Buğa bürcü qadınları da kişilərin ən çox aşiq olduqları qadınlar sırasındadır. Buğalar bəzi xüsusiyyətlərinə görə Qoçlara bənzəsələr də, tabe olma baxımından fərqlənirlər. Onlar tabe ola bilirlər. Buğa bürcü qadınları əks cinsi idarə etməyi yaxşı bacarırlar. Pozitiv, şən Buğa qadınları özlərini əks cinsin vazkeçilməzi edir.

XƏRÇƏNG

Ailəcanlı, övladına yaxşı ana, məsuliyyətli və qayğıkeş həyat yoldaşı olan Xərçəng bürcü qadınları əks cinsin bağlandığı və vaz keçə bilmədiyi qadınlar sırasındadır. Xərçəng qadınları kişilərin könlünü əvvəlcə  səmimi davranışları ilə qazanırlar. Onlar əks cinsi həyatının mərkəzi edir, daim diqqət və qayğısına qalır. Fədakar Xərçəng bürcü qadınını kişilər heç vaxt itirmək istəmir.

Çağatay

 

 

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button