Namiq Qaraçuxurlu bir il əvvəl evlənib, qızı da var
Toyuna hazırlaşan, kimə dəvətnamə verib-verməyəcəyini götür-qoy edən meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı xəbər yayılıb
Savash.org-un show.az-a istinadla xəbərinə görə, etibarlı mənbə israrla bildirib ki, Namiq hələ ötən il 30 yaşlı bir xanımla ailə həyatı qurub. Toyunu İstanbulda gizlicə edən meyxanaçının xoş günündə yalnız ailə üzvləri iştirak edib. Mənbənin dediyinə görə, Namiq çox xoşbəxtdir və artıq bu izdivacdan onun qızı da dünyaya gəlib. Şahidlərin dediklərinə görə, Namiq Qaraçuxurlu boş vaxtlarını yalnız qızı ilə keçirir. O ki qaldı onun Bakıda toy edəcəyi xəbərinə bu da sənətçinin yaxın dostları üçün keçirəcəyi məclis olacaq.
Qeyd edək ki, məsələni Namiq Qaraçuxurlunun özü ilə dəqiqləşdirmək üçün dəfələrlə onunla danışmaq istəsək də prodüseri “O, özü sizə zəng edər” dedi. Faktla bağlı qarşı tərəfin fikrini dərc etməyə hazırıq.