Maraqlı

Adları tarixə düşmüş seksual manyaklar…

Adları tarixə düşmüş seksual manyaklar...Manyakı qətil törətməyə nə vadar edir? Silsilə qətillər və ya hansıza qətl törəndikdə bu sual həmişə meydana çıxır. Qətlin səbəbi nədir? Səbəb həmişə müxtəlif ola bilər: kasıbçılıqdan giley-güzar dan tutmuş, qisas hissi, psixi pozuntular və s. Psixologiya və konsultasiya mərkəzinin həkim-psixiatrı Denis Rzayev bu məqalə vasitəsi ilə bizə “manyak” adlandırılan qatiləri qətl törətməyə nə vadar etdiyini aydnlaşdırmağa çalışacaq.

Bir çox qatillər öz hərəkətlərinə ”qana hərislik” həvəsi kimi bəhanə gətirirlər. Məsələn Albert Fiş törətdiyi qətilləri belə motivə edir. Yəni manyak qətli ancaq qətl törətmək həvəsinə görə törətdiyini etiraf edir.Bu əlbətdə ki, qətl törətməyə əsas ola bilməz və manyakın düşüncəsində gəldiyi nəticə və bəhanədən başqa bir şey deyil. Qeyd etmək lazımdı manyakın nə deməsindən aslı olmayaraq onu qətl törətməyə nə isə həvəsləndirir. Bəzən qətlin motivi onun tam özünədə aydın deyil. Əvvəlcədən qeyd etmək lazımdı ki, manyak tərfindən törədilmiş istənilən qətlin birinci motivi seksual xarakter daşıyır. Başlanğıcda bu o qədər də nəzərə çarpmasa da danılmaz fakdır. Məsələn: heteroseksual manyakların qurbanı əks cinsin nümayəndələri olur. Ted Bandini misal çəkmək olar. Homaseksual qatillərdə isə qurbanlar öz çinsinin üzvləri olur. Bunun misalı kimi Con Qeysi göstərmək olar. Yuxarıda adları çəkilən hər iki manyak-qatil seksual manyaklardır və hər ikisi öz qurbanlarını çinsi istismar edirdi . Əlbətdə bəzən törədilən qətllərin dəhşətliyi qarşısında seksual mötiv ikinci plana keçsə də, çinsi ehtirasın bu qətillərdəki rolu danılmazdır.

Bəzi manyakların formalaşmasında ətraf mühit və ailə böyük rol oynayır. Onlardan bir çoxu uğursuz ailələrin övladı olur. Məsələn Edvard Qeynin atası-alkoqol düşgünü, anası-dini fanatizmə dücar olan qadın idi. Qenri Li Lyukasın anası isə yarımağıllı içki düşgünü və fahişə idi. Qadın oğlunu qadın geyimi geyməyə məcbur edib, onu ələ salır və döyürdü. Edmond Kemperin valdeyinləri öz aralarında dava edərkən anası on yaşlı oğlunu saraya bağlayırdı və onun həmişə baclılarına qarşı cinsi zor tətbiq edəciyindən qorxurdu. Ona görə də təsədufi deyil ki, Edmond qatil oldu və öz anasınıda öldürdü. Yuxarıda adı çəkilən Fişin isə bütün yaxın qohumları müxtəlif psixi pozuntulardan əziyyət çəkirdilər.Normal ailə şəraitində, valdeyinlərinin qayğısı ilə böyümüş Ted Bandinin misalında isə görmək olar ki, pis ailə şəraiti manyak olmaq üçün yeganə səbəb deyil.

Gələcək qatilin formalaşmasında onun uşağlığ həvəsi və maraqları da böyük rol oynayır. Bir çox silsilə qətl törətmiş cinayətkarlar, məsələn, Berkoviç, Li Lyukas uşaqlıqda yanğın törətməyə meyilli olublar. Gənc qızları qəddarcasına zorlayan Bandi isə pornaqrafiya həvəskarı olub. Qeyn isə öncə yerli qəzetlərdə çıxan nekroloqlara, sonra qəbiristanlığa həvəs göstərib. Sonradan bu maraq meyidlərin qəbiristanlıqdan oğurlamağa kimi gətirib çıxarıb. Bir çox manyakları ilk qurbanları heyvanlar olur. İnsanları öldürən qatillərin yarıdan çoxu uşaqlıqda heyvan ölümünə böyük maraq göstərmişlər. Lakin qeyd etmək lazımdı ki, hər heyvana əziyyət verən, yanğın törədən uşaq manyak qatil ola bilməz. Burada bir çox faktorlar rol oynayır və bu barədə çox danışmaq olar.

Bəzən hər hansı əşya manyak-qatil üçün əsil fetişə çevrilə bilir. Məsələn məhşur Anatoliy Slivko üçün bu pioner geyimi, əsasən də ayaqqabılar idi. O. qətlə yetirməni kameraya çəkirdi və öldürdüyü qurbanın əşyalarını yandırırdı. Tər-təmiz təmizlənmiş ayaqqabılar onu cuşa gətirirdi. Yuxarıda qeyd elediyimiz seksual aspekt . Əlbətdəki burada da uşaqğlığda baş vermiş bir hadisə ona təsirsiz ötüşməyib. O uşaq olarkən yeniyetmə-pionerin ölümünün şahidi olmuşdu. Ölüm anında onun ən çox yadında qalan şey isə mərhumun ayaqqabıları olur.

Bəzi manyaklarda öldürmək həvəsi uzun müddət özləri üçündə gizli qalır və aşkarlanma anı onlar üçündə sürpriz olur. Bəzən bu həvəs dərrakə hüdudlarınından kənara çıxır və öldürmək hissi ağıla qalıb gəlir. Əksinə də ola bilər, vicdan hissi öldürmək həvəsi üzərində mübarizə aparır. Amma istənilən manyak qətl törədirsə, ona elə gəlir ki, o törətdiyi qətllə nə isə xeyirli iş görür. Bəzən onlar kiminsə naminə, məsələn, İsa Məsihin, yaxın adamlardan kiminsə və s. xatirinə qətl törədiklərini bildirirlər.

Burada biz yenidən Albert Fişi misal gətirəcəyik. Onun sözlərinə görə, Tanrının özü ondan öldürdüyü uşaqları qurban gətirməsini tələb etmişdir. Manyak törətdiyi qətillərdən və sonra qurbanların ətini yeməsindən böyük həzz alırdı. Tanrının əmri altında gətirdiyi bəhanələr isə onun paranoid fikirlərindən başqa şey deyil. Belə fikirlər əsas verir ki, bu adamın normal insan olmamasını təsdiq olunsun. Elə burada da, məqaləmizin əsas fikirinin sizə əyani göstəririk ki, manyak qatillərin hərəkətləri, onların ağıl cəhətdən xəstə olmalarının göstəricisidir. Əlbətdə ki, ağlı başında olan adam heç vaxt belə qətlər törədə bilməz. Belə qatillər üzərində məhkəmələr zamanı xüsusi tibbi kamissiya, müxtəlif kriteriyalar əsasında onların ağıl dərəcəsini müəyənləşdirir.
Bəzən cəmiyyəti və qurbanların yaxınlarını komisiyanın qərarı ilə manyakların daha ağır cəzadan kənarda qalması qəzəbləndirir. Əlbətdə, xəstə insan öz hərəkətlərinə görə məsuliyyət daşımır.

Yeri gəlmişkən bir çox situasiyalarda bundan geniş bəhrələnən vəkillər qatillərin daha asan cəza almasına müvəffəq olurlar. Lakin qatilin bütövlüklə tam xəstə olub-olmamasını hec də dəqiq aydınlaşdırmaq olmur. İnsan əti ilə qidalanan Albert Fişin sonacan xəstə olması təsdiqlənmədi və o ölüm cəzası aldı…

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button