Maraqlı

70 il sonra “Facebook”un köməkliyi ilə evləndilər – FOTO

70 il sonra “Facebook”un köməkliyi ilə evləndilər - FOTOİkinci Dünya müharibəsi zamanı ayrılan italiyan cütlük 70 il sonra “Facebook”da bir-birini taparaq evlənib.

1944-cü ildə Giovanni Molinari əsgər getmədən öncə Bellano qəsəbəsində Antonia Gottifredi adlı gənc qızla tanış olub. Tanışlıqdan qısa müddət sonra isə cütlük ayrılıb. 2011-ci ildə Gottifredinin əri, daha sonra da Molinarinin arvadı vəfat edib. Cütlük 70 il sonra nəvələrinin köməkliyi ilə bir-birilərini “Facebook”da tapıb. 89 yaşlı Molinari 86 yaşlı keçmiş sevgilisinə güllərlə evlənmə təklif edib, Gottifredi isə bu romantik təklifi qəbul edib. Yaşlı cütlüyün toy mərasimində yaxınlarının iştirakı ilə baş tutub. (qafqazinfo.az)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button