Maraqlı

Nostradamusun 2015-ci il üçün 9 proqnozu

Nostradamusun 2015-ci il üçün 9 proqnozuDünyanın ən məşhur öngörücülərindən sayılan Nostradamusun 2015-ci ilə uyğun gələn proqnozları açıqlanıb.

Həmin proqnozları təqdim edirik:

1. 2015-ci ildə ABŞ-da güclü zəlzələ baş verəcək, insanlığa böyük ziyanlar dəyəcək.

2. Gələn il Fransa və Almaniyada böyük çaxnaşma baş verəcək. Dünyanın aparıcı gücləri bu ölkələrin liderlərinin həyatına qəsd etməyə çalışacaqlar.

3. Astroloqun yazdığı bir cümlədə qeyd olunub ki, \”vergi\” anlayışı tarixə qovuşacaq. Elm adamları böyük kəşflər edəcəklər, onlardan ən əhəmiyyətlisi \”cavanlıq iksiri\” olacaq.

4. İnsanlar ucuz elektrik enerjisi əldə etmək üçün böyük addımlar atacaqlar. Böyük ehtimalla, Günəş enerjisindən istifadədə yeni nailliyətlər əldə olunacaq. Bu böyük kəşf iqtisadi böhranın dünyaya təsirini azaldacaq.

5. Maliyyə böhranı davam etsə də, dünyanın bir çox şəhərində sosial həyat bir qədər yaxşılaşacaq. Ancaq bu il Avropadan daha çox ABŞ iqtisadiyyatında problemlər olacaq.

6. Nostradamus 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində Vezuvi vulkanının güclü püskürəcəyini, bunun çox böyük fəlakətlərə səbəb olacağını qeyd edib. Çoxlu insan həlak olacaq və Yer üzü bir neçə günlük qaranlığa bürünəcək.

7. Və ilin ən vacib proqnozu: Yer üzünü gələcəkdə zülmdən və ədalətsizlikdən xilas edəcək yeni \”Məsih\” doğulacaq. İnsanların tədricən məhv olmağa başladığı dövrdə yer üzünə barış gətirəcək və müəyyən torpaqları birləşdirəcək.

8. İlin əvvəlində Rusiyada yeni din yayılmağa başlayacaq. 2040-cı ildə dünyanın bir çox bölgəsini əhatə edəcək.

9. 2015-ci ilin birinci yarısında Yaxın Şərqdə münaqişələr baş verəcək. İran Türkiyəyə ultimatium elan edəcək və dövlətlər Üçüncü Dünya Müharibəsinin astanasında olacaq. (axsam.az)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button