Maraqlı

Google 2014-ün ən çox axtarılan sözlərini açıqladı – İLGİNC

Google 2014-ün ən çox axtarılan sözlərini açıqladı - İLGİNCGoogle internet kompaniyası 2014-cü ildə ən çox sorğu göndərilən mövzular barədə məlumat yayıb. Bu, Google rəsmi saytında \”Bir il axtarışda\” layihəsi çərçivəsində həyata keçirilən təşəbbüsdür.

Bu il həyatdan köçmüş Hollivud aktyoru Robin Vilyamsın axtarş reytinqi sorğu əsasında birincilik təşkil edib. İlk üçlükdə Braziliyada futbol üzrə keçirilən dünya çempionatı və Ebola virusu yer alıb.

Google istifadəçilərini 2014-cü ildə ən çox narahat edən məsələlərdən biri də 370-ci reyslə uçan \”Malaysiya Airliens\”-ə (Malayziya Hava Yolları) məxsus təyyarənin yoxa çıxması olub.

Daha sonra mobil oyun \”Flappy Bird\” və \”Eurovision\” qalibi Konçita Vurst sorğu ardıcıllığında yer alıb.

İŞİD (\”İslam Dövləti\”) terror qruplaşması da ən çox edilən sorğular arasındadır.

Son yerləri isə \”Soyuq ürək\” cizgi filmi və Soçidə keçirilən Qış Olimpiya Oyunları tutur. (sia.az)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button