Maraqlı

Ata uşaqlarını məktəbə tankda aparır – Video

Ata uşaqlarını məktəbə tankda aparır - Video Bu uşaqlar hər gün məktəbə müharibə əhval ruhiyyəsində gedir. Britaniyalı atanın övladlarını məktəbə tankla gətirməsi küçədə ənənəvi olmayan mənzərə yaradır.

ATV xəbər.az bildirir ki, britaniyali Nik Miid artilleriya həvəskarıdır. Həyətində bir neçə Tankı və Zirehli maşını olan bu şəxs, zirehli texnikalardan birinə avtomobil statusu alaraq, küçələri bu maşınla dolaşır. Nik Miid ailəvi qonaq gedəndə sanki qohumlarının üstünə qoşun çəkir. Onun 13 və 16 yaşlarında olan övladlarını məktəbə də tankla gətirməsi şübhəsiz hər kəsi heyrətləndirir.

Nikin həyətindəki hərbi texnikaların ümumi dəyəti 4 milyon dollardan çoxdur. 53 yaşlı Nik deyir ki, hətta polislər onun gəldiyini görəndə nə edəcəklərini bilmirlər.

20 ildir tank sürdüyünü deyən britaniyalı, bu vaxta qədər bir dəfə də olsun qəza törətməyib. Uşaqlar olan məkanda isə daha da diqqətli olmağa çalışır.

Sakinlər isə Nikin övladlarını tankla məktəbə aparmasına qarşı çıxmır. Əksinə ona həsəd aparanlar da az deyil. Nik Miid yolun kənarında əlini havada yelləyən insanları görəndə özünü hərbi paraddakı kimi hiss etdiyini də gizlətmir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button