Mövqe

Beynəlxalq Bankın işçisi şəhid ailəsinin 1400 manatını necə “yedi”? – ŞOK TƏFƏRRÜAT

Beynəlxalq Bankın işçisi şəhid ailəsinin 1400 manatını necə “yedi”? – ŞOK TƏFƏRRÜATUcar rayonu Bağman kəndi sakini, şəhid ailəsi Kərimova Gülabatın Müseyib qızı Savash.org saytına yazılı müraciət edərək Azərbaycan Beynəlxalq Bankın Ucar filialının müdiri Tariyel Mustafayevin qanunsuz əməlləri haqda məlumat verib.
Şikayətçinin sözlərinə görə, onun pensiya kartından 1400 manat pulun dələduzluq yolu ilə çıxarması faktı ilə bağlı yeni təfərrüatlar meydana çıxıb. Belə ki, bu barədə şikayətçinin bir neçə gün əvvəl mətbuat vasitəsi ilə etdiyi müraciətə cavab olaraq Beynəlxalq Bankın mətbuat xidmətindən verilən açıqlamada qeyd edilib ki, vətəndaş buna görə hüquq-mühafizə orqanlarına müraciət etsin və məhz bundan sonra ona məxsus pensiyanın bankomatdan çıxaran şəxsin fotorobotla çəkilmiş şəkilləri həmin orqanlaraa təqdim ediləcək.
Gülabatın Kərimova isə artıq bununla bağlı rəsmi qaydada şikayət etdiyini bildirir: “Mən Ucar Rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdim. Şikayətimi Ucar RPŞ-nın müstəntiqi Rövşən Mirəliyev araşdırır. Ancaq ABB-nin Ucar filialının müdiri Tariyel Mustafayev cinayətin izini itirmək üçün mənim köhnə bankomat kartımı müstəntiqə təqdim etmir və kartın mənə verdiyini yalandan deyir. Bu adamın dələduzluqla mənə məxsus 1400 manat pensiya pulumu mənimsəməsini bilirdim və buna görədə mətbuat vasitəsi ilə müraciət edib qanunu tədbirlər görülməsini xahiş etmişdim. Tariyel Mustafaye öz dələduz əməlləri ilə məni də , Beynəlxalq Bankın rəhbərliyini də aldatmışdır. O,özünü alicənab adam kimi aparıb şəhid ailəsinə məxsus pulu mənimsəyib, indi də utanmadan, çəkinmədən yalan məlumatlar verməklə hamını aldadır.Bu boyda haqsızlıq olmaz, artıq, 2 aydır ki, bizi süründürməçiliyə məruz qoyub. Hələ bu dələduz Ucar bələdiyyəsinə seçilmək üçün namizədliyini də verib”.
Şikayətçi daha sonra bildirir ki, həyat yoldaşı 20 Aprel 1994-cü il tarixdə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub və buna görə şəhid ailələri üçün nəzərdə tutulmuş qaydada onlara ayda 200 manat müavinət verilir. Amma şəhid ailəsinə çatası məbləğ dələduzların əlinə keçib. Bunun necə baş verməsini şikayətçi belə təsvir edir: “Həmin müavinəti Ucar rayonunun mərkəzində yerləşən Beynəlxalq Bankın Ucar filialındakı bankomatdan götürürdüm. Bu ilin may ayı tarixindən müavinətimi götürmədim ki, yığılsın ilin sonunda götürüb oğluma toy edərəm. Noyabr ayının əvvəlində məni Beynəlxalq Bankın Ucar rayon filialının müdiri Tariel Niftəliyev çağırıb dedi ki, kodlar qarışıb, buna görə bankomat kartları dəyişdirili. Mənə ərizə yazdırdı və bankomat kartımı məndən aldı. 23 Noyabr 2014- cü il tarixdə çağırıb mənə yeni kart verdi. Kartı bankomata salıb yoxladıqda isə məlum oldu ki. may ayından yığılmış 1400 manat pulumu çıxarıb götürüblər. Həmçinin yoxlayanda o da məlum oldu ki, həmin kartdır heç bir kod dəyişikliyi olmayıb. Mən bu barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya , Baş Prokuror cənab Zakir Qaralova , Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və digər aidiyyatı orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm.İnanıram ki. bu cinayət faktı obyektiv araşdırılıb baş verənlərlər bağlı qanunu tədbir görüləcək”.
Qarşı tərəfi də dinləməyə və mövqeyini dərc etməyə hazırıq.
Savash.org

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button