Mövqe

Prezidentə şikayət etdi, rayondan didərgin salındı – SAATLIDA

Prezidentə şikayət etdi, rayondan didərgin salındı - SAATLIDASaatlı rayon sakini, peşə liseyinin yataqxanasında müvəqqəti məskunlaşmış, 2-ci qrup əlil, 63 yaşlı Gövhər Həsənova on gündür ki, rayon icra hakimiyyti rəsmilərinin təzyiqi nəticəsində rayonu tərk edib. G.Həsənovaya təzyiqlərin ona ölkə başçısına rayon icra hakimiyyətindən etdiyi şikayətdən sonra başladığını deyir.

Belə ki, xəstə və yaşlı olan şikayətçi yaşayış şəraitinin normallaşdırılması üçün rayon icra hakimiyyətinə etdiyi müraciətlərə hər dəfə rədd cavabı alırmış. Müraciətlərinin birində isə Saatlı rayon İcra Hakimiyyəti başçısının I müavini İlham Quliyev “ev olsa özüm yaşayaram”, digər müavin Reyhan Ocaqova isə “lazım gələrsə səni kimsəsizlər evinə yerləşdirərəm. Bu mənim əlimdə iki vur ikidir”- deyərək xəstə və yaşlı qadınla məmura yaraşmayan formada davranıblar. Bundan sonra G.Həsənova yaşayış şəraitinin normallaşdırılması üçün dövlət başçısına 16 dekabr 2014-cü ildə ərizə ilə müraciət edib.

gundeminfo.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button