Mövqe

Sürücülər Gömrük Komitəsinin qarşısında aksiya keçirdi: “ÖLKƏMİZDƏ ÇÖRƏK QAZANA BİLMİRİK” + VİDEO

Nəqliyyat sektorunda çalışan sahibkarlar Dövlət Gömrük Komitəsinin qarşısında aksiya keçirib. 

Aksiyanın məqsədi xarici dövlət nömrə nişanlı marşrutların Azərbaycanın nəqliyyat sektoruna cəlb etdilməsidir. 

“Xarici dövlət nömrə nişanlı marşrutların Azərbaycanda fəaliyyəti qanunsuzdur. Amma buna baxmayaraq, fəaliyyət göstərirlər. Nəticədə yerli marşrutlar işsiz qalır”, – deyə sahibkarlar bildirib.

Aksiyada sürücülər də qatılıb. “Biz öz ölkəmizdə işləyə bilmərik. Müştəri olmur. Çünki Gürcüstan, İran, Türkiyə nömrələri ilə avtobuslar doluşub bura. Biz isə öz ölkəmizdə çörək qazana bilmirik”, -deyə sürücülər bildirib.

Aksiya iştirakçıları bildirib ki, nəqliyyat sektoruna cavabdeh qurumlar məsuliyyəti üzərlərindən atrılar: “Deyirlər ki, bizlik deyil, Dövlət Gömrük Komitəsinə müraciət edin. Biz də ona görə bura toplaşmışıq”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button