Müşfiq Atakişiyevin ölkədən çıxışına qoyulmuş qadağanın ilginc səbəbi
Təfəkkür Universitetinin rəhbəri Müşfiq Atakişiyevin adı saxta diplom qalmaqalına qarışıb, KQMBİ araşdırmalara başlayıb
Bir müddət əvvəl məlumat vermişdik ki, Təfəkkür Universitinin rektoru Müşfiq Atakişiyevin ölkədən çıxmasına qadağa qoyulub. Bunun səbəbi kimi, onun ümumi «kassa»dan 4 milyon dollardan artıq pul gizlətdiyi göstərilirdi. Lakin son günlər bu məlumatı təsdiqləyən, eyni zamanda haradan qaynaqlandığını göstərən daha bir xəbər ortaya çıxıb.
Belə ki, bir müddət əvvəl Gəncə Müəllimlər İnstitunun bağlanmasına səbəb olan saxta diplom qalmaqalı getdikcə böyüyür. JAM.AZ-a verilən məlumata görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apardığı araşdırmalar zamanı işin bir ucu digər universitetlərə də gedib çıxıb.
Məlumatda deyilir ki, KQMBİ-nin hədəfinə düşən ali təhsil ocaqları sırasında ilk yeri Təfəkkür Universiteti tutub. İddia olunur ki, sözügedən dövlət qurumunun əlində Təfəkkür Universitetinin verdiyi, lakin saxta olduğu aşkar edilən 20-dən çox diplomlar var. Hətta bu «sənədləri» TQDK ilə araşdırdıqda saxta diplomların sayının daha çox ola biləcəyi istisna edilmir.
Qeyd edilir ki, universitetin rəhbəri Müşfiq Atakişiyev baş verənlərdən qorxuya düşərək, ölkədən çıxmaq istəyib. O, bu işlərin onun həbsinə gətirib çıxara biləcəyindən ehtiyat edir. Amma işdən xəbərdar olan bəzi dairələr və Atakişiyevin ikinci «Elşad Abdullayev» olmaması üçün xaricə çıxışı qadağan edilib.
Qarşı tərəfi də dinləməyə hazırıq.