Mövqe

Bərdədə arvadını öldürən kişinin “whatsapp“ yazışması: “SƏNİN ADINA SÖZ ÇIXARTMASAM…”

Arvadını öldürən kişinin yazdığı mesajlar ortaya çıxıb.

Bir neçə gün əvvəl Bərdə rayonunda həyat yoldaşını bıçaqlayaraq qətlə yetirən Qismət Zamanov hadisədən bir neçə saat əvvəl  Zülfiyyə Zamanovaya mesaj yazıb. Q. Zamanov  həyat yoldaşı ilə  “whatsapp” yazışmasında bildirib ki, səni öldürəcəm və yaşamağa qoymayacam.

Qadın isə cavab olaraq “o zaman narkotik vasitədən əl çək yenidən gəlim birlikdə yaşayaq” deyə cavab verib. Oğlan isə tərgidə bilmədiyini qeyd edib. Zülfiyyə Zamanova isə boşanmaq istədiyini desə də, Qismət uşaqları yetim qoyaraq öldürəcəyini yazıb. Bu yazışmadan bir neçə saat sonra övladını həkimə gətirən ananı uşaq xəstəxanasının həyətində 4 bıçaq vuraraq öldürüb.

Qeyd edək ki, Bərdə rayonunda müvvəqəti məskunlaşan Kəlbəcər rayon məcburi köçkünü 32 yaşlı Qismət Zamanov qısqanclıq zəminində həyat yoldaşı 23 yaşlı Zülfiyyə Zamanovanı bıçaqlayaraq qətlə yetirib. 

Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.

Bərdədə həyat yoldaşını öldürən kişinin “whatsapp“ yazışmaları üzə çıxdı - Fotolar
Bərdədə həyat yoldaşını öldürən kişinin “whatsapp“ yazışmaları üzə çıxdı - Fotolar
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists