Mövqe

“İki düşməni bir masa arxasında oturmağa məcbur edə bilməzsiniz” – Səfir

“Minsk Qrupu Ermənistan və Azərbaycan arasında danışıqları asanlaşdırmaq üçün bir qurum kimi yaradılıb. İlk illərdə hər iki tərəf bu orqanı istifadə edə bilmədi və ya istifadə etmək istəmədi. Hər biri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan üç həmsədr ölkənin tərəfləri danışıqlar masasında bir araya gətirməyi bacaracağı gözlənilirdi, təəssüf ki, tərəflər imtina etməyə davam etdilər. Mənim fikrimcə, Minsk Qrupu uğursuz deyildi – sadəcə, tərəflər ciddi danışığa müqavimət göstərirlərsə, siz iki düşməni bir masa arxasında oturmağa məcbur edə bilməzsiniz”.

Savash.org xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq bildirib.

O qeyd edib ki, noyabrın 9-da əldə olunan üçtərəfli bəyanatda nə Azərbaycanla Ermənistan arasında münasibətlərin təfərrüatları, nə də münaqişə bölgəsində yaşayan azərbaycanlıların və ya ermənilərin hüquq və vəzifələrinə toxunulmadığı üçün münaqişənin hərtərəfli və davamlı nizamlanması hələ də həllini gözləyir.

Səfirin qənaətincə, Minsk Qrupunun mandatı bu cür tənzimlənmənin asanlaşdırılmasını ehtiva edir, bu səbəbdən də bu mandat hələ başa çatmayıb. V.Maniq həmsədrlərin və Minsk Qrupunun işinin davam edəcəyini söyləyib:

“Almaniya, digər bir neçə Avropa İttifaqına üzv dövlətlərlə birlikdə Minsk Qrupunun üzvüdür. “Şərq Tərəfdaşlığı” proqramı vasitəsilə Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinin və Avropa İttifaqına üzv ölkələrin daha sıx əməkdaşlığına töhfə verə bilər. Avropa İttifaqının nümunəsindən də göründüyü kimi, ortaq maraqların müəyyənləşdirilməsi və sıx əməkdaşlıq keçmiş düşmənləri barışdıra bilər. Almaniya çiçəklənən Cənubi Qafqazın inkişafı üçün Avrop İttifaqında hazırlanmış proqram və layihələrlə dəstək verə bilər”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button