Mövqe

“Biz bunu riyakarlıq kimi qiymətləndiririk və düz də edirik” – Deputat

“Fransa Prezidenti, Fransa Senatı işğaldan azad olunan torpaqlarımızdakı xristian dini abidələrinin taleyi ilə bağlı narahatlıq ifadə edəndə biz bunu riyakarlıq kimi qiymətləndiririk və düz də edirik. Eyni zamanda haqlı olaraq da deyirik ki, bu saxta narahatçılığa heç bir əsas yoxdur. Amma məsələnin o biri tərəfini unuduruq ki, söhbət başqa dinin daşıyıcılarına, ilk növbədə də müsəlmanlara qarşı ayrı-seçkiliyin olduğu və getdikcə şiddətləndiyi bir dövlətin siyasi elitasından getdiyindən onların Azərbaycandakı  xristian abidələrinin taleyi ilə bağlı nigaranlıqları başadüşüləndir”.

Savash.org xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev sosial şəbəkədə yazıb.

Deputat qeyd edib ki, oğru hamını oğru bildiyindən bunlar da Azərbaycanı Fransalarıyla dəyişik salırlar:

“O Fransayla ki, dünən paytaxtı Parisin yaxınlığında yerləşən Berteni-sür-Orj şəhərindəki məscidin qapısı sındırlıb və içi dağıdılıb. Ondan öncə isə məscidə qarşı oxşar vandalizm aktları həmən ölkənin Bezye, Bordo, Ajyen və digər şəhərlərində baş vermişdi. Strasburq məscidi tam yandırlımışdı. Əlbəttə, belə bir ölkənin dini abidələrin qorunmasıyla bağlı bizə nəsə deməyə, irad tutmağa haqqı olmasa da, bununla bağlı narahatlıqları səbəbsiz də deyil. Elə bilirlər ki, biz də onlar və yaxud da “kiçik bacı” adlandırdıqları kimiyik.  Xeyr, deyilik və heç vaxt da olmayacağıq, çünki nə dövlətimiz, nə milli kimliyimiz, nə də dinimiz buna imkan verir”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button