Mövqe

Bankların girovuna çevrilən Ucar sakini: “Uşaqlarım ac qalacaq, Allahdan qorxun…”

Bankların girovuna çevrilən Ucar sakini: “Uşaqlarım ac qalacaq,  Allahdan qorxun...”Ucar rayonu, Rəstəcə kənd sakini Hüseynov Sərvan Kərəm oğlu tərəfindən Savash.org-un elektron ünvanına şikayət məktubu daxil olub.

Kredit götürdüyü bank tərəfindən aldadıldığını və hüquqularının pozulduğunu iddia edən şikayətçinin redaksiyamıza ünvanladığı məktubu oxucuların diqqətinə təqdim edirik:

“10 ildir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon Şöbəsində bölmə komandiri vəzifəsində işləyirəm. İşimdən və dövlətimizin verdiyi maaşdan çox razıyam. Ancaq “Respublika” Bankının Göyçay filialı ilə “Kapital Bank”ın Ucar filialı mənim aldığım 440 manat əmək haqqının hamısını kredit borcuna götürdüklərinə görə ailəm yoxsulluq şəraitində, acınacaqlı vəziyyətdə yaşayır”.

Himayəmdə olan 3 azyaşlı uşağının həyat və sağlamlıqlarının ciddi təhlükə altında olduğunu dilə gətirən vətəndaş başına gələnləri belə izah edir: “Ata evində darısqallıq olduğu görə yeni ev tikdirmək üçün bu banklardan kredit pul götürdüm. Elə bilirdim ki, götürdüyüm kredit məbləğinə görə bank aylıq maaşımın yarısını götürəcək. Ancaq belə olmadı, “Respublika” Bankının Göyçay filialı maaşımın hamısını birbaşa götürdü . Hətta məndən əlavə pul da tələb edirlər. İndi isə məni qorxudurlar ki, tezliklə krediti ödəməsən Fövqəladə Hallar Nazirliyinə müraciət edəcəyik ki, səni işdən qovsunlar”.

İşdən qovulacağı təqdirdə ailəsinin ac qalacağını yazan vətəndaş saytımız vasitəsilə müvafiq orqanlara müraciət edərək ona yardımçı olmalarını xahiş edir: “Bankdan kredit götürmüşəm, borcum var və bunun məsuliyyətini bilirəm. Kreditlərimi hər ay ödəyirəm. Ancaq mən Bank rəhbəliyinə müraciət edib xahiş etdim ki, ailə vəziyyətimi nəzərə alaraq maaşımın yarsını borcuma çıxın, yarsını da özüm alım ki, ailəm acından ölməsin. Bunlar isə məni işdən qovdurmaqla hədələdilər. Allahı başınızın üstündə görün, axı bu haqsızlıqdır. Üç azyaşlı körpənin ah-naləsi siizi tutar. Mən bütün aidiyyatı orqanlardan xahiş edirəm, mənə kömək etsinlər ki, halal 440 manat maaşımdan acından ölməyib dolanmaq üçün ailəmədə qalsın. Artıq dərəcədə xahiş edirəm, köməklik edin”.

SAVASH.ORG

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button