Mövqe

Kazinyan baş nazir barədə: “O qədər savadsızdır ki…”

“Vahid Ermənistan” partiyasının sədri Artur Kazinyan Ermənistanın baş naziri Nikol Paşinyanı sərt tənqid edib.

Savash.org erməni mediasına istinadən xəbər verir ki, Kazinyan baş nazirin Azərbaycan və Ermənistanın dövlət sərhədləri barədə 2010-cu ilə aid sənədə istinad etməsini xəyanətə don geyindirmək kimi qiymətləndirib.

“Dünən gecə xain (Paşinyanı nəzərdə tutur-red) Ermənistanın dövlət sərhədləri ilə bağlı 2010-cu ildə qəbul edilən sənədi nümayiş etdirib. O qədər savadsızdır ki, dövlət sərhədlərinin Ermənistanın deyil, beynəlxalq qanunlar çərçivəsində müəyyənləşdirildiyini bilmir. Ermənistan parlamentinin qəbul etdiyi hansısa sənədin Azərbaycan üçün heç bir dəyəri yoxdur. Dövlət sərhədinin müəyyənləşdirilməsi məsələsinə ratifikasiya edilən beynəlxalq müqavilələrə uyğun olaraq iki və ya daha çox dövlət tərəfindən yaradılan dövlətlərarası komissiya qərar verir. Ermənistan Azərbaycanla beynəlxalq müqavilə imzalayıb, dövlətlərarası komissiya qurmayıb. Ümumiyətlə, Ermənistanla Azərbaycan arasında sərhəd olmayıb. Çünki hər iki ölkə müstəqil olandan sonra müharibə vizyyətindədir. İndi Azərbaycan, Ermənistanın baş naziri Nikol Paşinyanın köməyi və “Mənim addımım” bloku fraksiyasının səssiz dəstəyi ilə özü üçün əlverişli və sərfəli bir sərhəd çəkir. Bu dövlətə xəyanətdir”, – deyə Kazinyan bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button