Mövqe

“Zəngəzurda yeni rus hərbi bazasının qurulması ilə bağlı danışıqlara başlamağı vacib hesab edirik” – Marukyan

“Parlaq Ermənistan” partiyasının sədri Edmon Marukyan Sünikdəki (Zəngəzur – red.) “təhlükəsizliklik problemləri” ilə bağlı bəyanat yayıb.

Savash.org-un məlumatına görə, bəyanatda Rusiya ilə yeni təhlükəsizlik anlaşmasının imzalanmasının vacibliyi önə çəkilib:

“Parlaq Ermənistan” partiyasının sədri Edmon Marukyan Sünikdəki (Zəngəzur – red.) “təhlükəsizliklik problemləri” ilə bağlı bəyanat yayıb.

“Dekabrın 5-də xüsusilə də Sünikdə baş verən hadisələrdən sonra hüquqi bazamızın möhkəmləndirilməsi üçün strateji tərəfdaşımız olan Rusiya Federasiyası ilə yeni təhlükəsizlik müqaviləsi imzalamalı olduğumuzu bəyan etmişdim.

Müharibə nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri yolverilməz səviyyədə sərhədlərimizə yaxınlaşıb. İndi əsas sual Rusiya ilə bağlayacağımız yeni təhlükəsizlik anlaşmasının hansı formada olacağı və Sünikin təhlükəsizliyini necə təmin edəcəyi ilə bağlıdır”, – bəyanatda qeyd edilib.

Həmçinin o da bildirilib ki, Ermənistan mövcud Kollektiv Təhlükəsizlik Müqaviləsi və 5 dövlətlərarası razılaşma şərtləri daxilində Rusiya Federasiyası ilə eyni təhlükəsizlik zonasında yer alıb və bu səbəbdən, “nəzərdə tutulmuş” dövlətlərarası razılaşmaların Ermənistanla Rusiya arasında dərinləşdirilmiş hərbi-siyasi əməkdaşlığa dair geniş bir sazişdə müasir risk və təhdidlərin yenidən qiymətləndirilməsi ilə birləşdirilməlidir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button