Mövqe

Ərdoğan: “Boraltan faciəsinin günahkarları Qarabağ zəfərini həzm edə bilmirlər”

“Boraltan faciəsinin günahkarları Qarabağ zəfərini həzm edə bilmirlər. Bu düşüncəyə sahib insanların rəhbərliyi altında olanda əlinə düşən bütün fürsətləri qaçıran Türkiyə, inşallah, bir daha eyni vəziyyətə düşməyəcək”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ölkəmizin nə Şərqdən, nə də Qərbdən üzdöndərmək niyyəti yoxdur. Avropa və ABŞ ilə münasibətlərimizi inkişaf etdirərkən türk dünyasını, Asiyanı, Latın Amerikasını, Afrikanı əsla gözardı edə bilmərik”, – o vurğulayıb.

“Report” xatırladır ki, Boraltan hadisəsi 1944-cü ildə baş verib. Rəsmi Ankara 100-dən çox azərbaycanlını SSRİ-yə təslim edib. Nəticədə onlar kommunist rejimi tərəfindən yerindəcə güllələniblər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button