Mövqe

”Əgər bu çirkin addım atılarsa Ermənistanın sonu olacaqdır” – Türkiyəli generaldan SƏRT AÇIQLAMA

Məlum olduğu ki, Ermənistanın məğlub olduğu 44 günlük Qarabağ müharibəsi zamanı İrəvan rəhbərliyinə nüvə tullantılarından hazırlanan “çirkli bombalardan” istifadə etmək tövsiyə olundu.

Bir neçə gün öncə Ermənistanın 1990-cı illərdə Baş naziri olmuş Qrant Baqratyan açıqlaması düşmənin bir daha gerçək simasını ortaya qoydu.

Baqratyan bildirdi ki, əgər Paşinyan müharibə əsnasında çirkli bombalardan istifadə təklifini qəbul etsəydi i zaman müharibədə məğlub olmazdıq.

Mövzuya münasibət bildirən Türkiyənin Azərbaycanda keçmiş hərbi ataşesi general Yücel Karauz Metbuat.az-a özəl açıqlamasında bildirdi ki, Ermənistanda beynəlxalq prinsip və qanunlara zidd olaraq nüvə qalıqlarından çirkli bombalar hazırlanır. Bu bombaların hazırlanıb istifadəsi Beynəlxalq Hüquq tərəfindən qadağan edilib.

“Baqratyanın açıqlamasında qeyd etdiyi radioaktiv çirkli bumbalar, “Çernobıl”a bənzəyən və Sovet İttifaqı dövründən bəri Ermənistanda fəaliyyət göstərən “Metsamor” AES-in radioaktiv nüvə tullantılarından yaranan bir silahdır. Bu cür silahlar patlamamasına və adi nüvə bombaları kimi məhv olmasına baxmayaraq, radioaktiv dağılmaya səbəb olaraq əhəmiyyətli sağlamlıq və ətraf mühit problemlərinə səbəb olur.

Bu silahların istifadəsi 1960-cı il Paris,1977-ci il Vyana 1994-cü il Nüvə Təhlükəsizliyi müqavilələri ilə qadağan edilib. Ermənistan bu silahların hazırlanmasını öz şəxsi təhlükəsizliyi bəhanəsi ilə irəli sürsə də Azərbaycan və Türkiyə, yalnız Ermənistanın Metsamor nüvə stansiyası üçün deyil, bütün bölgə üçün ciddi bir təhlükə yaratdığını, Beynəlxalq Atom Enerjisi Agentliyinə dəfələrlə dilə gətirib’’.

“Çirkli bombalar” terrorizmlə mübarizədə bütün dünya üzrə birinci dərəcəli təhlükəli əhəmiyyətə malikdir. Yücel Karauz bildirdi ki, müharibəni bir gündə bitirmək gücündə olmasa da bu bombalar atıldığı zaman ərazidə nüvə çirkliliyi və radiasiya yaymaq imkanına sahibdir. Bu da insanların sağlamlığı üzərində ciddi təhlükənin yaranmasına səbəb olur.

“Ermənistan 44 günlük Vətən müharibəsində də kaset tipli bomba və fosfor qazı bombalarından istifadə edərək beynəlxalq hüququ heçə saydı. Qrant Baqratyanın bu açıqlaması dövlətin necə dəli ,idarəedilməsi çətin olan güclərin əlində olduğuna bir daha sübutdur. Əgər Azərbaycana və Türkiyəyə qarşı nüvə qalıqlarından hazırlanmış bombaların istifadəsi kimi çirkin addım atılarsa bu Ermənistanın sonu olacaqdır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button